hemle

təcili xeber

Tarix:4-04-2019, 16:22
Baxış Sayı:402

Təcili Xəbər.
Əli Məsimli: “Bank soyğunçuluğunu aradan qaldırmaq lazımdır”

AtəşTv.az Bizimyol.az say tına istinadən xəbəri yayımıayır
.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, İqtisadi və Sosial İnnovasiaylar İnstitutunun rəhbəri Əli Məsimli ölkənin iqtisadi və sosial həyatındakı gündəm məsələlərlə bağlı Modern.az-ın suallarını cavablandırıb. Onunla söhbəti təqdim edirik:

– Əli müəllim, ölkə rəhbərinin son islahatlarını necə qiymətləndirirsiz?

– Azərbaycan öz inkişafının yeni mərhələsinə – post-neft dövrünə daxil olub. Bu həm də bizim dünyada gedən proses və meyllər kontekstində çox mürəkkəb və məsuliyyətli bir dönəmə qədəm qoyduğumuz dövrə düşür. İslahatlar istiqamətində atılan addımlar ölkə iqtisadiyyatını əsaslı surətdə modernləşdirmək, neft gəlirlərinin dominant rol oynadığı iqtisadiyyatdan insan amilinin prioritet təşkil etdiyi innovasiyalı inkişaf relsləri üzərinə keçirmək, dövlətin əhaliyə xidmət göstərmək imkanlarını yaxşılaşdırmaq üçün kompleks şəkildə və davamlı olmalıdır. Ona görə də bu mərhələnin çağırışları həm də obyektiv surətdə müstəqilliyimizə real məzmun verilməsinin gücləndirmək baxımından hər kəsin öz üzərinə düşən məsuliyyəti dərk etməsini və real islahatları dəstəkləməsini zəruri edir. Reallıq hislərini itirməyən hər kəs artıq bunun fərqindədər.

Prezident seçkilərindən sonra ölkədə islahatlar istiqamətində atılan addımlar genişləndirildi və bu ilin ilk aylarında daha da sürətlənib. İqtisadiyytın real və maliyyə sektoru üzrə aparlan islahatları bu il sosial sektorla bağlı islahatlarla tamamlanır. Bu çox zəruri və faydalıdır. Çünki, xüsusən də 2015-ci ilin iki şok devalvasiyasından sonra Azərbaycanda əhalinin xeyli hissəsinin sosial vəziyyəti ölkənin iqtisadi-maliyyə göstəriciləri ilə müqayisədə xeyli geri qalır. Bu geriliyi aradan qaldırmaqdan ötrü irəli sürülən Yeni Sosial Paket 3 milyondan artıq adamı əhatə edir.

təcili xeber

Digər xəbərlər
22:04 Bu əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
22:01 Yaxın beş ildə dünya tarixin ən isti ilini yaşayacaq
21:52 Pentaqon Çinin hücumundan qorxur: Bunu aşkar etmək çox çətin olacaq
21:46 Kartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ
19:56 Rotterdamda “Qərbi Azərbaycana Qayıdışa Dəstək” adlı beynəlxalq tədbir keçirildi
15:13 Paşinyanın kilsə ilə müharibəsinin şifrələri: Azərbaycan amili niyə önəmlidir?
14:54 "WhatsApp"da yeni dövr: Sizi telefon nömrənizlə əlavə etməyən insanlar...
14:49 ABŞ-da sensasion tələb: Bu senator həbs edilsin, yoxsa III Dünya müharibəsi olacaq