hemle

Leyla Əliyeva 8 Mart münasibətilə keçirilən veloyürüşdə iştirak edib

Tarix:8-03-2025, 21:26
Baxış Sayı:441



Azərbaycan Velosiped İdmanı Federasiyası, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təşkilatçılığı ilə "İdman həftəsi" çərçivəsində martın 8-də Bakıda xanımların veloyürüşü keçirilib.

Müxtəlif sahələrdə çalışan xanımların iştirakı ilə baş tutan veloyürüş Dənizkənarı Bulvar ərazisində təşkil olunub.

Veloyürüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev iştirak ediblər.

Veloyürüşün təşkilində əsas məqsəd həvəskar xanım velosipedçilərin asudə vaxtlarının səmərəli keçirilməsinə dəstək olmaq, ekoloji nəqliyyat vasitəsi olan velosipedi təbliğ etmək və qadınları velosipeddən istifadəyə həvəsləndirməkdir. Veloyürüş zamanı xanımlar Azneft dairəsi - Dəniz Vağzalı marşrutu üzrə hərəkət ediblər.

Digər xəbərlər
17:24 “Mən sənə verirəm qəlbimi borc tək” Nəriman Paşayevin şeirləri haqqında qısa təfərrüat
16:04 Çağdaş Yaşamı Dəstəkləmə Təşkilatı tədbir keçirdi
16:02 Türkiyədə Türk günü qeyd edildi
11:11 75 il canında qəlpə “bəsləmiş” insan
10:49 "Avroviziya 2025"in Azərbaycandan olan şərhçiləri məlum oldular
10:46 Bir ildə on minlərlə körpəni öldürdü: Görünməz təhlükə
10:39 Bu 6 tətbiq kartınızdakı pulları çəkir - Dərhal silin! - XƏBƏRDARLIQ
10:17 Hər səhər bu üç qidadan yesəniz heç vaxt xərçəng olmayacaqsınız - Məşhur onkoloq açıqladı