hemle

"Bəbirləri mühafizə edək!" ekoloji yay düşərgəsi keçirilib

Tarix:27-07-2024, 14:00
Baxış Sayı:582

"Bəbirləri mühafizə edək!" ekoloji yay düşərgəsi keçirilib
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start verilən "Qafqaz bəbirlərinin mühafizəsi" layihəsi üzrə "Bəbirləri mühafizə edək!" adlı növbəti ekoloji yay düşərgəsi Lənkəran rayonunda keçirilib.

IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və Təhsil Nazirliyinin Respublika Uşaq Gənclər İnkişaf Mərkəzi tərəfindən "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində keçirilən düşərgəyə Lənkəran, Masallı və Astara rayonlarından ümumilikdə 30 məktəbli qoşulub.

"Bəbirləri mühafizə edək!" yay düşərgəsinin məqsədi məktəb yaşlarından gənclərin ətraf mühitlə bağlı maarifləndirilməsi, onlarda təbiətə sevgi hissinin formalaşdırılması və inkişaf etdirilməsi, Qafqaz bəbirinin məskunlaşdığı yerlərin yaxınlığında yaşayan məktəblilərin bu nadir növ haqqında məlumatlandırılması və onun mühafizəsi işinin təbliğ edilməsidir.

Düşərgədə məktəblilər Qafqaz bəbirinin qorunması, insan və ətraf mühit mövzularında seminarlarda, bəbirlərin yaşadığı təbii mühitə ekskursiyalarda, müxtəlif ekoloji tədqiqat və müsabiqələrdə iştirak ediblər.

Qeyd edək ki, hazırda Azərbaycanda Hirkan ərazisində 15 fərd Qafqaz bəbiri yaşayır.

Digər xəbərlər
22:16 Bu tarixdən məktəblərdə yaz tətili başlayır
22:12 Siyasi partiya nümayəndələri Laçına səfər etdilər
21:45 Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası ilə bağlı qaydalar dəyişdi
21:40 İnsan bədənində yeni xərçəng "PROVOKATOR"U TAPILDI
17:04 "ChatGPT"dən yeni alış-veriş funksiyası - "Google"a rəqabət artır
17:01 Vardanyanın məhkəməsində zərərçəkmiş şəxs: Erməni silahlı dəstələrinin hücumu zamanı 14 hərbçi yoldaşım şəhid oldu
16:55 Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
16:51 Sabah 21° isti olacaq