hemle

Parisdə mərasimdə Azərbaycan idmançılarının olimpiya oyunlarındakı uğurlarından danışılıb

Tarix:30-07-2024, 10:30
Baxış Sayı:633

Parisdə mərasimdə Azərbaycan idmançılarının olimpiya oyunlarındakı uğurlarından danışılıb
Fransanın paytaxtı Parisdə XXXIII Yay Olimpiya Oyunları çərçivəsində "Azərbaycan Olimpiya Evi"ndə tədbir keçirilib.

Mərasimdə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Fərid Qayıbov, rəqəmsal inkişaf və nəqliyyat naziri, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, ölkəmizin Fransadakı səfiri Leyla Abdullayeva, gənclər və idman nazirinin müavini Mariana Vasileva, MOK-un baş katibi Azər Əliyev, Avropa Olimpiya Komitələrinin (AOK) baş katibi Rafael Paqnozzi, Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç, bir çox ölkələrin milli olimpiya komitələrinin nümayəndələri, idmançılar və başqa qonaqlar iştirak ediblər.

A.Əliyev, Nenad Laloviç, Rafael Paqnozzi çıxış edərək Azərbaycanda idmanın inkişafını vurğulayıblar. Çıxışçılar idmançılarımızın Olimpiya Oyunlarında əldə etdiyi uğurlardan danışıblar.

Çıxışlardan sonra Rafael Paqnozzi Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə, Gənclər və İdman naziri Fərid Qayıbova və Azərbaycan MOK-un baş katibi Azər Əliyevə xatirə hədiyyələri təqdim edib.

Tədbirdə olimpiya oyunlarının çempionu Hidayət Heydərov sürəkli alqışlarla qarşılanıb və xatirə şəkilləri çəkilib.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.

Digər xəbərlər
15:56 Məktəbli formaları ilə bağlı YENİLİK
15:53 Bu tarixdə qısa iş günü olacaq
15:45 "Azpulmat" - sərfəli pul mənbəyi, yoxsa borc bataqlığı?
15:43 Sabah leysan yağacaq, güclü külək əsəcək
15:39 Ukrayna Rusiyanın strateji bazalarını bu məqsədlə vurub: Moskvanın cavabı necə olacaq?
15:36 Adı gizli saxlanılır: İranın Azərbaycana təyin etdiyi yeni səfir kimdir?
15:33 İçərişəhərlə bağlı yeni məhdudiyyət
15:31 İlham Əliyev Pakistanın energetika nazirini qəbul etdi - YENİLƏNDİ