hemle

Azərbaycanın bir qrup idmançısının Yay Olimpiya Oyunlarına yolasalma mərasimi baş tutub

Tarix:23-07-2024, 12:30
Baxış Sayı:656

Azərbaycanın bir qrup idmançısının Yay Olimpiya Oyunlarına yolasalma mərasimi baş tutub
Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın bir qrup idmançısının Fransanın paytaxtı Paris şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına yolasalma mərasimi baş tutub.

Yolasalma mərasimində iştirak edən gənclər və idman naziri Fərid Qayıbov idmançılara uğurlar arzulayıb və onlara inandığını bildirib.

Nazir ümid edib ki, idmançılar uğurlu çıxış edəcəklər: “Bu gün ilk nümayəndə heyətimiz yola düşür. Artıq ayın 25-də oxatma üzrə çıxışlara başlanılacaq. 48 idmançı ilə ilk dəfə olaraq 15 idman növündə qatılırıq.


Təbii ki, hər bir idmançımız və federasiyalarımız bu yarışlara illərlə hazırlaşırlar. İnanıram ki, idmançılarımız qalib gələcək və bizi layiqincə təmsil edəcəklər. Ən əsası, üzərlərindəki həyəcan hissini atmalıdırlar. Azərbaycan idmançıları üçün atletlər kəndində hər bir şərait yaradılıb”.

Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu isə qeyd edib ki, cüdoçularımız Olimpiya Oyunlarına yüksək səviyyədə hazırlaşıblar:


“Həm biz, həm də Gənclər və İdman Nazirliyi tərəfindən idmançılara hər bir şərait yaradılıb. İnanıram ki, onlar da bunun qarşılığında ölkəmizi Parisdə layiqincə təmsil edəcəklər. Mən ora yollanan bütün cüdoçularımıza inanıram”.

Qeyd edək ki, iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında Azərbaycanı 48 idmançı 15 idman növü üzrə 17 proqramda təmsil edəcək. Azərbaycan komandasının yarışdakı bayraqdarları cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev olacaqlar.












Digər xəbərlər
11:17 Bu şəxslərin maaşı bir ayda 240 manatdan çox artdı
11:10 Ev tikənlərin NƏZƏRİNƏ: Bu halda məsuliyyətə cəlb oluna bilərsiniz
10:59 Xankəndi, Xocalı, Ağdərə müasir rəqəmsal yerüstü televiziya və radio yayımı ilə əhatə olunacaq
10:56 Dövlət qeydiyyatına alınan dərmanlarla bağlı dəyişiklik
10:51 Azərbaycan və Ermənistan nümayəndələri görüşdü
10:11 Laçında möhtəşəm atəşfəşanlıq
10:07 Sabirabadda FACİƏ - Bir ailə yanaraq məhv oldu (YENİLƏNDİ)
09:59 "Telegram"da çoxdan gözlənilən YENİLİKLƏR