04 may 2025-ci il tarixində İstanbulda Çağdaş Yaşamı Dəstəkləmə Təşkilatının "Avcılar" şöbəsinin təşkil etdiyi konfransda iştirak üçün dəvət edilmiş Radə Abbas tədbirdə iştirak etdi. Tədbir İstanbul şəhər Avcılar Bələdiyyəsinin qonaq salonunda keçirildi. Səhər yeməyi ilə bərabər təşkil edilmiş tədbirdə eyni zamanda cəmiyyət qarşısında hesabat verildi.
Türkiyənin ən böyük QHT-lərindən sayılan, 34 illik fəaliyyəti ilə minlərlə imkansız ailənin övladının təhsil almasına köməklik etmiş Çağdaş Yaşamı Dəstəkləmə Təşkilatının çoxsaylı professorları, həkim, müəllim, hakim, vəkil, Millər vəkili və iş adamı olan üzvləri iştirak etdilər.
AVCILAR Bələdiyyəsinin və Çağdaş Çağdaş Yaşamı Dəstəkləmə dərnəyinin üzvləri ilə birlikdə olmaq və onların iş təcrübəsini öyrənmək, onarla əməkdaşlıq etməyin vacibliyini nəzərinizə çatdırıram. İmkansız ailələrdən olan, ucqar kəndlərdə yaşayan qızların təhsilə cəlb edilməsi və onların maddi ehtiyaclarının ödənilərək təhsil verilməsi Çağdaş Çağdaş Yaşamı Dəstəkləmə dərnəyinin əsas iş prinsipidir. Bunun üçün Türkiyənin imkanlı iş adamlarının maddi dəstəyi danılmazdır. Təşkilat iş adamlarının dəstəyi ilə hər il 25 min tələbəyə maddi dəstək verir.
Təşkiltın rəhbəri professor Ayşe Yüksel və digər rəhbərlik nümayəndələri iştirak edirdilər.
İş adamlarının bu qədər canı könüldən vətənə və Millətə bağlı olmaları sözün tam mənasında insanlığın özüdür.
Hesab edirik ki, Azərbaycanda iş adamlarının bu şəkildə işləmələri üçün onlarla birlikdə görüşlər keçirib təbliğat aparıb, səviyyəmizi təqdirəlayiq toplumlar səviyyəsinə qaldırlmalıyıq.
Dövlət səviyyəsində iş adamları ilə ciddi görüşlər keçirməklə təkliflər paketi verilməli və iş adamlarının Azərbaycan xalqı qarşısında olan borclarını ödəmələrini təmin etmək vacibduir.