hemle

ƏMR VERİLDİ: USAID-in ofislərini tutun

Tarix:28-02-2025, 15:04
Baxış Sayı:455

Milyarder İlon Maskın rəhbərlik etdiyi ABŞ Hökumətin Effektivliyi Departamenti (DOGE) yaxın aylarda Vaşinqtonda Federal Ticarət Komissiyasının (FTC) əməkdaşlarının əvvəllər ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) sərəncamında olan binalara köçürülməsi barədə göstəriş verib.

Bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Qeyd edək ki, fevralın əvvəlində ABŞ-ın Vaşinqtondakı mənzil-qərargahının lövhələrinin götürüldüyü və girişin bağlandığı bildirilib. Agentlik daha sonra işdən çıxarılan işçilərinə mərkəzi ofisdən şəxsi əşyalarını toplamaq imkanı verildiyini, lakin bunun üçün cəmi 15 dəqiqə vaxt ayrıldığını bildirib.

"Vaşinqtonda Federal Ticarət Komissiyasının əməkdaşlarına bildirilib ki, onlar yaxın aylarda hazırkı ofislərini tərk etməli və USAİD tərəfindən boşaldılan binaya köçməlidirlər", - agentlik mənbədən sitat gətirir.

Gözlənilməz sifarişin DOGE-dən gəldiyi bildirilir.

Məlumata görə, agentliyin beş komissarı və yüksək səviyyəli rəhbərlərinin yerləşdiyi FTC-nin qərargahı USAİD-in binasından bir neçə məhəllə aralıda yerləşən başqa bir hökumət binasındadır. Qeyd olunur ki, agentliyin 1300 əməkdaşının əksəriyyəti Vaşinqtonda bir binada işləyir və bu bina da bir neçə digər federal qurumlara yer icarəyə verir.

Digər xəbərlər
10:45 VAQİF QOCALSA DA, YENƏ VAQİFDİ
09:58 Gəncəni bombalayan erməni hərbçilərin adları BİLİNDİ
08:58 İqlim dəyişikliyi: Yer kürəsi əhalisinin yarısı bununla üzləşir - Ən az bir ay...
08:55 ƏDV ilə bağlı şad xəbər verildi
08:53 Beyin sağlamlığı üçün ən vacib qidalar - Siyahı
08:51 Laçının Bəylik kəndinə növbəti köç karvanı yola salındı
22:06 Azərbaycanda bu qadınlar 1460 manat əmək haqqı alacaq
21:57 Dəmir yolu nəqliyyatından istifadə edən bu sərnişinlər cərimə ediləcək