hemle

İlon Mask Trampın kirayənişinidir - 2 aydır...

Tarix:31-12-2024, 09:14
Baxış Sayı:441



Milyarder İlon Maskın 2024-cü ilin noyabr ayından etibarən ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Mar-a-Laqoda malikanəsində kirayə verilən kotteclərdən birində yaşadığı üzə çıxıb.

Bu barədə “The New York Times“ mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Trampın ən yaxın adamlarından biri olan Mask onun seçkilərdəki qələbəsindən dərhal sonra Respublikaçının iqamətgahından bir neçə yüz fut aralıdakı kotecə yerləşib.

Maskın Trampla asanlıqla üz-üzə ünsiyyət qurmaq və onunla tez-tez şam yeməyinə qatılmaq üçün bu addımı atdığı bildirilir.

Digər xəbərlər
21:46 Heydər Əliyev Mərkəzinin parkında rəngarəng Uşaq festivalı
21:37 Ayaq baş barmağınız əyilirsə, diqqətli olun – Mütəxəssis xəbərdarlıq edir
21:34 Kazinoların fəaliyyətindən əldə edilən dividentlər - Milyonlarla turist, büdcəyə ödənilən vergilər...
21:32 Bu sualda səhvlik olub - Abituriyentlərin xeyrinə hesablanacaq
21:28 Diqqətlər İstanbula köklənir - Danışıqlar bu saatda başlayacaq
21:24 Bu tarixdən hava kəskin dəyişir - XƏBƏRDARLIQ
21:19 Ukrayna ölümcül əməliyyata belə hazırlaşıbmış - ŞOK DETALLAR
16:05 1194-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi