hemle

Mask Trampa görün necə təsir edir: hər gün onun malikanəsində...

Tarix:12-11-2024, 10:26
Baxış Sayı:441



Milyarder və iş adamı İlon Mask ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın çevrəsinin nüfuzlu fiquruna çevrilib.

Bu barədə "ABC News" mövzu ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, Mask seçkilərdən sonra kadr qərarlarına töhfə verməyi təklif edib və indi ABŞ-ın gələcək prezident administrasiyasının formalaşmasında mühüm rol oynayır.

Üstəlik, milyarder demək olar ki, hər gün siyasətçinin Floridadakı Mar-a-Laqodakı malikanəsində olur. O, seçki gecəsi Trampın ailə fotosunda görünüb, Melaniya Trampla şam yeməyində görüntülənib və həftə sonu seçilmiş prezidentin ailəsi ilə qolf oynayıb.

"ABC News" mənbələri Maskın hətta respublikaçının kadr qərarlarına təsir etdiyini iddia edir. O, Trampın xarici liderlərlə ən azı iki danışıqlarında iştirak edib. İddialara görə, o, hətta Ukrayna lideri ilə danışa bilmək üçün prezident Vladimir Zelenski ilə söhbəti zamanı telefonu Maska verib.

Bundan əlavə, iş adamı Trampın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında iştirak edib.

Digər xəbərlər
10:13 ELOĞLUM FƏXRİMİZDİ
10:01 Muğla zəlzələsindən sonra mütəxəssislərdən xəbərdarlıq: Sonradan baş verən təkanlar...
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır
09:46 İranın Azərbaycandakı yeni səfiri odur - Foto
09:40 Maskdan daha bir iddialı plan - Planetin ən böyük binasını tikəcək
09:37 Varlılar 2050-ci ili gözləyirlər: 1000 il yaşaya biləcəklər
09:33 "Haribo"da yenə narkotik maddə aşkarlandı