hemle

İlon Mask süni intellektin nəzarətdən çıxma ehtimalını qiymətləndirib

Tarix:31-10-2024, 09:21
Baxış Sayı:501



"Tesla" və "SpaceX"in rəhbəri İlon Mask süni intellektin gələcəkdə insanlara tabe olmaması ehtimalını qiymətləndirib.

Bu barədə "Quartz" məlumat yayıb.

Ər-Riyadda (Səudiyyə Ərəbistanı) "Future Investment Initiative" konfransında çıxışı zamanı Mask onilliyin sonuna qədər süni intellektin inkişafını proqnozlaşdırıb. Onun fikrincə, süni intellektin və robotların artıq insanlara tabe olmama və ya nəyinsə səhv getməsi ehtimalı 10-20% təşkil edir.

Maskın fikrincə, çox güman ki, hər şey yaxşı olacaq. Milyarder hələ də süni intellektin idarə oluna biləcəyinə əmindir, baxmayaraq ki, o, hər il əvvəlki versiyasından 10 dəfə yaxşı olacaq.

Sahibkar qeyd edib ki, onilliyin sonuna qədər süni intellektin bacarığı planetdəki 8 milyard insanın bacarığına bərabər olacaq.

"Düşünürəm ki, o, hər hansı bir insanın edə biləcəyi hər şeyi, yəqin ki, növbəti bir-iki il ərzində edə biləcək", - Mask bildirib.

Maska görə, cəmi üç ildən sonra süni intellektin ağıl və bacarığı, planetdə yaşayan bütün insanların ağıl və bacarığının cəmindən daha üstün olacaq.

Mask, həmçinin dünyanın hər bölgəsində bir neçə süni intellektin yaradılacağını proqnozlaşdırıb. Bundan əlavə, gələcəkdə robotların sayı planetdəki insanların sayından xeyli çox olacaq.

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı