hemle

Qeydiyyatsız yaşayanlarla bağlı PROBLEM: Çətinliklər yaranır

Tarix:7-12-2024, 21:47
Baxış Sayı:401


 

"Qeydiyyatsız yaşayan sakinlərin sayı çoxdur. Bu da uşaqların təhsilində çətinliklər yaradır". 

Bu sözləri Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin iclasında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva, uşaqların ad və soyadlarının dəyişdirilməsi məsələsinin Yetkinlik Yaşına Çatmayanların Hüquqlarının Müdafiəsi üzrə Komissiyalarda müzakirə olunmasını təklif edib.

Vəliyeva bildirib ki, əvvəllər bu proseslər Qəyyumluq və Himayəçilik Komissiyaları tərəfindən edilirdi. Lakin, komissiyanın əsasnaməsində bu məsələyə dair bir maddə mövcud olmadığı üçün, həmin məsələnin Yetkinlik Yaşına Çatmayanların Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya tapşırılmasını təklif edib.

"Həmçinin, xüsusilə Bakı şəhərində qeydiyyatsız yaşayan uşaqların sayının çoxluğuna diqqət çəkib. Daxili miqrasiya ilə əlaqədar olaraq bu uşaqların təhsil və bəzi sosial hüquqlarının təmin edilməsi çətinləşir. Əvvəllər qeydiyyat məsələsi yerli polis şöbələrində həll olunurdu, amma bu təcrübə artıq tətbiq olunmur. Nəticədə, valideynlər uşaqlarını ali məktəblərə sənəd verməyə hazırlaşarkən qeydiyyata almaq üçün müraciət edirlər. Vəliyeva, komissiyaların uşaqların müvəqqəti olaraq tanışlarının və ya yaxın qohumlarının evində qeydiyyata alınmasına imkan verməsi ilə bu problemin aradan qaldırıla biləcəyini vurğulayıb".

Digər xəbərlər
22:41 Telefonla ödəniş edənlərin DİQQƏTİNƏ: NFC ilə pullarınızı belə oğurlayırlar
22:36 DİN-dən avtobus zolağına daxil olan sürücülərə xəbərdarlıq
22:13 İstanbuldakı zəlzələyə görə məktəblərdə 2 günlük tətil elan edildi
22:07 Afterşoklar davam edir: İstanbulda gecəni harada keçirmək olar?
22:05 İstanbulda güclü zəlzələ: xəsarət alanların sayı artdı - YENİLƏNDİ
12:47 Pensiya təyin edilməyibsə, hara müraciət edilməlidir? – CAVAB
12:43 Londondakı mühüm görüş dalana dirəndi: Zelenskinin bu açıqlamasına görə
12:39 Xəzər 2050-ci ilədək kritik səviyyəyə düşə bilər