hemle

Ticarət obyektləri BAĞLANDI: 200-dən çox insan İŞSİZ QALDI

Tarix:27-11-2024, 10:12
Baxış Sayı:441



"20 Yanvar" stansiyasının keçidlərindəki ticarət obyektləri uzun müddətdir ki, bağlıdır.

Publika.az xəbər verir ki, ticarət obyektlərinin aqibəti həm yerli sakinlər, həm də sahibkarlarda maraq doğurur. Kimi buranın açılacağını, kimi isə tamamilə fəaliyyətinin dayandırıldığını deyir.

Sahibkarlar söyləyirlər ki, onlara bu barədə heç bir məlumat verilmir.

"Bilmək istəyirik ki, bizim aqibətimiz necə olacaq? Burada qalıb işləmək şansımız varmı, yoxdursa, səbəbi nədir? 200-ə yaxın insan işləyirdi, indi hamısı işsiz qalıb", - deyə obyekt sahibi bildirib.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən isə bildirilib ki, bu məsələnin həlli onların səlahiyyəti çərçivəsində deyil.

Bir sözlə, 3 aya yaxındır ki, fəaliyyəti dayandırılan ticarət obyektlərinin kim tərəfindən və hansı səbəblərdən bağlanması məlum olmadığı kimi, açılması da naməlumdur.

Ətraflı "Baku" TV-nin süjetində:

Digər xəbərlər
22:41 Telefonla ödəniş edənlərin DİQQƏTİNƏ: NFC ilə pullarınızı belə oğurlayırlar
22:36 DİN-dən avtobus zolağına daxil olan sürücülərə xəbərdarlıq
22:13 İstanbuldakı zəlzələyə görə məktəblərdə 2 günlük tətil elan edildi
22:07 Afterşoklar davam edir: İstanbulda gecəni harada keçirmək olar?
22:05 İstanbulda güclü zəlzələ: xəsarət alanların sayı artdı - YENİLƏNDİ
12:47 Pensiya təyin edilməyibsə, hara müraciət edilməlidir? – CAVAB
12:43 Londondakı mühüm görüş dalana dirəndi: Zelenskinin bu açıqlamasına görə
12:39 Xəzər 2050-ci ilədək kritik səviyyəyə düşə bilər