www.Fedai.az
Please follow and like us:fb-share-iconTweetfb-share-icon
«Kişi (Adəm) oğulları, planetdə yaşayan digər növlərdə tapılmayan 223 fərqli gen daşıyır».
Ekoloq Dr. Ellis Silver belə yazıb.
Kosmik tədqiqat mərkəzi, uçan nəqliyyat vasitələrindəki hava limanları Şumer və Ata svilizasiyadan əvvəlki sivilizasiyalarda istifadə edildiyi aşkarlanmaqdadır. Planetlərarası səyahətlər bu dövrə aiddir. 7000 il əvvəl şumerlilər köçüb Pluton planetinə getdilər (İraq Nəqliyyat Naziri Kazem Finjan).
Yazı tərcümədir. İnsanlar bu dünyadan deyillər. Əvvəldən axtardığımız yad planetli insanlar olduğumuz halda nə baş verər?
Biologiya, kimya və astrofizika kimi müxtəlif fənlərdəki irəliləyişlərə baxmayaraq, Yer kürəsində həyatın necə başladığını dəqiq bir şəkildə deyə bilmirik.
Bu kainatda bənzərsiz bir hadisə idi? Yoxsa sadəcə ibtidai olmasına baxmayaraq dünyaya bənzər həyatı ehtiva edən planetlərin olması mümkündürmü?
Həqiqət budur ki, insanın düşünə biləcəyindən bəri həyatın mənşəyi haqqında nəzəriyyələr irəli sürür. Həyat kosmosdanmı gəldi? Yoxsa həyat planetdən kənar, «yerdən kənar» Kometlərin, Asteroidlərin və s. təsiri olmadan yaranmışdır?
Bəzi mütəxəssislərin iddia etdiyi kimi Amin turşuları bir kometa təsiriylə gəlirsə, həyatın günəş sistemimizdə yayğın olduğunu göstərir.
Bəs işlər bu cür sadə deyilsə, nə etməliyik? Həyatın mənşəyi rasionaldırsa neyləmək olar? İnsanlar Yerli deyilsələr, nə olacaq?
Amerikalı ekoloq Dr. Ellis Silverin bu mövzudan bəhs edən bir kitabında toxunduğu mübahisəli bir mövzudur.
Onun «İnsanlar Yerli deyillər: Sübutların elmi qiymətləndirilməsi» adlı kitabı, növlərimizin Yer üzünə xas olmadığını və başqa bir yerdən gələ biləcəyimizi göstərir.
Silver, bəşəriyyətin Yer kürəsindəki digər həyat tərzi ilə paralel inkişaf etmədiyini iddia edərək, insan psixologiyası kimi müxtəlif mövzulara əsaslanan dəlillər təqdim edir. Tədqiqatçı insanların fərqli bir planetdə olduğunu və çox uzaq keçmişdə «Yerə gətirildiyimizi» göstərir.
Niyə etibarlı dəlillər alimlər və hökumətlər tərəfindən rədd edilir və gizlədilir (Əslində çox yaxşı bir səbəb var).
Tədqiqatçı kitabının dünyadakı insanlar və digər heyvanlar arasındakı elmi fərqlərə söykəndiyini qeyd etdi.
«Dünya bir növ olaraq ehtiyaclarımızı qarşılayır, amma bu, bəlkə də bizi bura gətirən kəsin düşündüyü qədər də güclü deyil.» Tədqiqatçı, insan irqinə məxsus bel ağrısı kimi xroniki xəstəliklərə işarə edərək, bunu başqa bir dünyada daha az ölçüdə baş verdiyinə işarə ola biləcəyini irəli sürür.
Dr. Silver digər nadir insan xüsusiyyətlərindən də bəhs edir: insanlarda 223 əlavə ekstra gen var, başqa növlərdə yoxdur. Amerikalı tədqiqatçı insan irqinin bu planetdən olmadığını ehtimal edən bir sıra «ciddi qüsurların» olduğunu da irəli sürür.
Dr. Silver: «Hamımız xroniki xəstəyik»-deyə izah edir.»
«Gerçəkdən insanların 100% -ində sağlam olan və bəzi gizli və ya evlənməmiş vəziyyətdə də, hər hansısa pozğunluqdan əziyyət çəkməyən (kitabda geniş bir siyahı var) bir adam taparsanız həqiqətən təəccüblənərdim.»
«İnanıram ki, problemlərimizin çoxu daxili bədənimizdəki iç saatlarımız 25 saatlıq bir gün üçün inkişaf etmişdir (fakt yuxu tədqiqatçıları tərəfindən təsdiqlənmişdir), ancaq Yerin günü cəmi 24 saatdan ibarətdir. Bu, modern bir durum deyil — eyni amilləri Yer üzündə insanlıq tarixi boyunca geriyə müşahidə edə bilərik.»
Beləliklə, əgər Yerdən deyilsinizsə, bəs haradan gəlmisiniz?
Silva, bir ehtimalın günəşə ən yaxın olan ulduz sistemi Alfa Sentauri olduğunu müdafiə edir. Silva kitabında izah edir ki, bəşəriyyət planetin ən inkişaf etmiş növü olsa da, planetimizin mühiti üçün təəccüblü dərəcədə uyğunsuz və zəif təchiz olunmuşdur: insanlar günəş işığı və təbii olaraq yaranan (xam) qidalardan zərər görürlər. Tədqiqatçı, digər şeylərlə yanaşı, insanların gülünc dərəcədə xroniki xəstəliyə tutulması ehtimalının yüksək olduğunu iddia edir.
«Tezisim, bəşəriyyətin müəyyən bir həyat növündən inkişaf etmədiyini, başqa bir yerdə inkişaf etdiyini və Yerə köçdüyünü (tamamilə inkişaf etmiş Homo sapiens kimi) 60,000 ilə 200,000 il əvvəl baş verməsidir.»
Biz yad kosmik gəmilərdə doğulmamış olsaq da, ABŞ-dakı Lawrence Livermore Milli Laboratoriyasının mütəxəssisləri, superkompüterlərdən istifadə edilən stimulyasiyalar edən alimlər, həyatın quruluş bloku olan amin turşularının kosmosdan gələn quyruqlu ulduzlarla planetimizə çata biləcəyini kəşf etdilər. Bu yalnız bir ehtimaldır, həyatın Yer kürəsində bənzərsiz olmadığını və bəzi xarici kosmik mühitlərdə də uzaq yad peyklərdə və planetlərdə oxşar həyat tərzinin ola biləcəyini göstərir…
Muzaffer Çiçek
Türkiyə
.S. Türk yazılarında «göydən endirilmə ilə bağlı yüzlərlə mifoloji bilgilər mövcuddur. «Gökten indirilmiş Gök-Börü (Bozkurt) Oğuz’un seferleri sırasında ona yol göstermiştir», Tanrı tərəfindən endirilmiş Bilgə xan, və s. günümüzə gəlib çatmışdır. Çingiz xan çinli elçisinə, sizin hökmdar necə hökmdardır ki, göydən endirilməyib? — deyə təəccüblə sormuşdu…
P.P.S. Bu yazıya öz şərhini yazmış dəyərli oxucumuz Ozan Yozmanın şərh bölməsindəki yazısını da əlavə edirik. Sizin üçün də maraqlı olacağını düşünürük.
İnsan Yerə gəlmədir
Müharibəni insanların nicat yolu hesab edən Maltusun törəmələri insan artımından çox narahatdırlar. Atom enerjisini insanların məhvinə yönəltdikləri kimi, DNA sirlərini də öyrənib elə viruslar yaradacaqlar ki, ancaq seçilmiş DNA koduna malik insanları məhv edə bilsin. Əbləh və kəmsavad, acgöz və rəhmsiz, şərəfsiz insanların təsiri altında olan insanlıq hələ çox ziyan çəkəcək. Belələri anlamırlar ki, kainat canlıdır, elə mükəmməl qurulub ki, hər dərdinə özü əlac edə bilir. İnsan sayı milyon dəfə artsa belə insan o həyata uyğunlaşacaq və qida da tapa biləcək. Kiçik bədənə sahib olacaq, müasir insandan qat-qat az enerji sərf edəcək və təbii ki, az da yeyəcək.
Biz yer üzünə hardan gəldik? Yer insanlığın son məskənidirmi? Əlbəttə yox. İki peykli Mars planetinin Fobos adlı peykinin obit radiusu kiçilir və sonda o planetin səthinə düşəcək və tədricən Mars bir peyklə Yerin əkizinə çevriləcək. Bu insan nəslinin gələcək evidir. Axı biz Yerə də gəlməyik.
Bu fikri sübut edəcək minlərlə fakt var. Öncə,müxtəlif qitələrdə yaşayan bütün xalqarın mifoloğiyasına, dini kitablarda öz əksini tapmış məlumatlara nəzər yetirsək, bir sual qarşımıza çıxır ki, nədən bir-birinin varlığından belə xəbərsiz olan bu xalqlar hamısı göydən enənlər, yaxud endirilənlər haqqında danışırlar?
Bu sualın cavabını nə qədər dərindən araşdırdıqca, o qədər çox inanırsan ki, bu rəvayətlərin kökündə həqiqətlər dayanır.
Musa peyğəmbərin allahlarla görüşmə səhnələrini xatırlayın. İşıq mənbəyi kimi göydə göy cismlərindən, yerdə isə yanan cismlərdən başqa mənbə tanımayan qədim insan fənər, yaxud projektor işığını necə təsvir edə bilərdi? Eynən Musa (ə.s.) peyğəmbərin təsvir etdiyi kimi. Yanıb qurtarmayan kol, Tur dağında yanıb insanın gözünü qamaşdıran işıq.
Maaday Qara dastanında Oğuz xanın anasının Ay ilahəsi Ma olduğu, atasının isə öküz (yaxud inək) olduğu iddia olunur. İlk baxışda nə qədər gülünc bir nağıldı? Amma müasir insan gen mühəndisliyinə yiyələnə bilib, bu mühəndislərin yaratdığı heyvanlar haqqında qəzet oxumağı bacaran, efirdə dünya xəbərlərini izləyən hər kəsin xəbəri var. Deməli, Ma ilahəsi dünyaya insan övladı gətirə bilərdi.
Bu kitabda maraqlı olan digər məsələ də Oğuz xanın evləndiyi qızın işıq şüasının içində göydən enməsidir. Bu qızın alnında da bir işıq mənbəyi təsvir olunur, man, yəni xal adlandırılır. Amma bu xal işıq saçır, Günəşdən zəif, Aydan isə biraz parlaq.
Yezekil peyğəmbərin allahla görüşü də maraqlıdır. O allahın «arabasını» təsvir edərkən göstərir ki, araba dörd dayaq üzərində dayanmışdı, hər dayağın iki qanadı vardı, bu qanadlar dayaq ətrafılnda fırlana bilirdilər.Dayaqlar üzərində göy qübbəsini andıran kupol, kupolun üst hisəsində göy qurşağı ilə əhatə olunmuş, allahın əyləşdiyi sapfirdən taxt yerləşir. Dəmir əllər də var ki, yerdən götürülən əşyanı kupolun içərisinə apara bilir.
Ufoloqlar bu arabanın yadplanetlilərin enmə aparatı olduğunu iddia edirlər. Onlara cavab vermək üçün araşdırmaya qoşulan NASA konstruktoru da onlara şərik çıxıb, doktor Y.Blumrix bunun enmə aparatından başqa nə ola biləcəyi barədə versiya verə bilməyəcəyini bildirmişdir. Yazısında peyğəmbərin Allah adlandırdığı məxluqun «gəmi kapitanı» ola bilməsini ehtimal etmişdir.
Bu arabanın yaratdığı küy «böyük su»nun səsi kimidir, yaratdığı külək adamı yıxır, qalxan zaman şimşək və gürültu yaradır.
Cox maraqlı məlumatlar Şumer mətnlərindədir. Orda da «allahlar» haqqında söbət açılır. Hətda onların mükəmməl insan yaratmaq üçün cəhdlər etməsi, nəhayət Ninqursaq adlı ilhənin ilhənin bu istəyə nail olmasından danışılır. Huh tufanı kimi tanıdığımız subasma hadisəsəsi də Qilqameş dastanında olduğu kimii təsvir olunur. Bu dastan bütün dini kitablardan qədimdir.
Hind eposları Mahabharata və Ramayanada da çox diqqət çəkən yazılar var.Allahların uçan qurğulrından ( viman) , müasir silahlara bəzəyən silahlarından söhbət açılır.
Digər bir sübut da UNO-ların mütəmadi olaraq səmada görünməsidir. Bu barədə müasir insanlar məlumatlı olduğundan oxucunu yormaq istəmirəm.
Arxeoloqların bu günə qədər aşkar etdiyi butun skletlərin ayaq- daban sümükləri müasir insanınkından fərqlənmir, bəs onda aralıq fosillər niyə tapılmır? Ona ğorə ki, müasir insanın skletinin formalaşma prosesi başqa planetdə olub, burda məskunlaşmağımıza yəqin ki, Allah, mələk adlandırdıqlarımız kömək edib, Allah isə təsəvvür etdiyimizdən daha böyük və daha uca imiş.
Gələcək nəsillərə, nəvələrimizə də biz kömək etməliyik ki, Marsda məskunlaşsınlar. Müasir astrofiziklər hələ ki, planetlərin həcm və kütləsinin böyüməsinə fikir vermirlər, Kütləsi böyüməkdə olan Marsın temperaturu da artacaq, atmosferi də qalınlaşacaq.Tanrı bizi əbləhlərin fitnəsindən qorusun!
Ozan Yozman