hemle

ADOLF HİTLERİN SON MÜSAHİBƏSİ: «…mən yəhudilər haqqında düşünə bilmərəm»

Tarix:9-05-2020, 20:54
Baxış Sayı:631

www.Fedai.az
Hitlerin intiharından bir gün əvvəl İsveçrəli jurnalist Kurt Speydelə son dəfə verdiyi müsahibə…

«Mən deyim ki, burada Avropada heç kim Rusiyanı tanımır və heç vaxt da tanımamışdı. Rusları idealizə etmişəm, ruslar daha çox asiyalıdırlar, amma əslində Rus milləti bu ağılsız savaşda daha güclü və daha möhkəm olduqlarını göstərdilər. Ağ irq üçün qurtuluş bu gün Şərqdən gələrsə, bu məni təəccübləndirməyəcək. Üstəlik, daha məntiqli olacaq».

1945-ci ilin aprel ayının sonunda partiyanın təşkilati işləri üzrə rəhbəri Martin Bormana tapşırıq verilərək, neytral ölkələrdən olan bir jurnalist ilə əlaqə yaradılması və onun Reyxin Dəftərxanası yerləşən bunkerinə çatdırması əmr edilir.

Speydelin özü Reyxin bunkerinə hücum zamanı öldürülüb və bir çox digər sənədlərlə yanaşı, söhbətin qeydləri olan bir bloknot Moskvaya çatdırılıb və yaxın vaxtlaradək Silahlı Qüvvələr Muzeyinin arxivində saxlanılırdı …

1995-ci ildə arxiv işçilərindən biri stenoqrafiya qeydlərini şifrələmək üçün bu qeydləri işləmiş və bu tarixi sənədin yeganə nüsxə olmasından təəccüblənmişdir. O, bu baradə «Национальная газета»nın redaksiya heyətinə müraciət edərəк bu gün müasir rus oxucularına maraqlı ola biləcək bu müsahibədən bir neçə sual-cavabı təqdim edib.

Sual:
A.H
— 27 il əvvəl, siyasi mübarizəyə girdikdə, belə bir sonluğun sizi gözlədiyini gözləyirdinizmi?

Adolf Hitler (A.H.):

— Bəli, bu yolda bizi nələr gözlədiyini yaxşı başa düşürdük. Biz Ağ İrqin həyatı və mövcudluğu uğrunda həlledici mübarizəyə (Endkampf) atılmışdıq. Hər şey nəzərə alınmışdı və yalnız iki nəticə ola bilərdi: ya qazanacağıq, ya da nəhayət tam məhv olacaqdıq.


Sual:

— Bu gün 29 aprel 1945-ci ildir. Məğlub olduğunuzu dərk edirsinizmi?

A. H.
— Mən düşünmürəm ki, məğlub olmuşam. Almaniya — bəli, o müharibəni uduzdu, Vermaxt məğlub oldu. Amma biz ən güclü ideyaya təkan verdik. Milli Sosializm özünün mütləq üstünlüyünü açıq və praktik şəkildə sübut etdi.

1918-ci ili xatırlayın, 20-ci illərini xatırlayın — o zaman Almaniya hansı vəziyyətdə idi? Biz hakimiyyətdə olduğumuz zaman ərzində, insanlıq tarixində ən böyük dövlətini yaratdıq. Biz iqtisadiyyat qurduq, sağlam gənclik yetişdirdik — ruhən və fiziki sağlam bir nəsil.

Tarixdə isə yalnız böyük olanlar qalır. Misirdəki piramidaları qurarkən ölən minlərlə qulları kim xatırlayır? Tarixdə yalnız piramidaların əzəməti yaşayır.

Bəli, döyüşdə məğlub olduq, amma bu bir büdrəmədir (der Fall nach oben). Gələcək, Milli Sosializmindir, bunun XXI əsrdə olacağını deməkdən qorxmuram. XXI əsrdə Milli Sosializmin Rusiyada qələbə qazanacağına mən təəccüb etmirəm. Bu müharibə illərində mən irqçi dünyagörüşümü yenidən nəzərdən keçirməyə məcbur oldum.

Mən deyim ki, burada Avropada heç kim Rusiyanı tanımır və heç vaxt da tanımamışdı. Rusları idealizə etmişəm, ruslar daha çox asiyalıdırlar, amma əslində Rus milləti bu ağılsız savaşda daha güclü və daha möhkəm olduqlarını göstərdilər. Ağ irq üçün qurtuluş bu gün Şərqdən gələrsə, bu məni təəccübləndirməyəcək. Üstəlik, daha məntiqli olacaq.

Sual:

— İdeya uğrunda mübarizəyə başladınız, ancaq müharibəni uduzmusunuz. Məntiqi bir sual: Sizcə bu müharibə zəruri idimi?


— Bu müharibəyə başlamaq və ya başlamamağın təkcə məndən asılı olduğunu, dünyanın hər yerində olduğu kimi danışırsınız. Bilirəm ki, ölümümüzdən sonra bütün itlər bizim üzərimizə salacaqlar. Bizi hərbi təcavüzkar və müharibə tərəfdarı adlandıracaqlar. Amma bu həqiqət deyil, nə mən, nə də Almaniyada baş verən bu müharibəni heç kim istəmirdi.

Yeni nəsil almanlar qüdrətli bir dövlət qurdular və hər yetənin təkərlərə çubuq qoymalarına görə biz günahkar deyildik. Dünyanın hər yerində İngilislər, amerikalılar və yəhudilər bu müharibəyə başlamaq üçün əllərindən gələni edirdilər, gənc Milli Sosialist hərəkatını beşikdə boğmaq üçün hər şey edirdilər.

Yalnız axmaqlar bu müharibənin bizim strateqilərimizin niyyəti olduğunu düşünə bilərlər. Baxın, 39-cu ildə biz dərhal özümüzü, sayca və texniki cəhətdən üstün olan düşmən mühasirəsində tapdıq. Ancaq belə bir ağır şəraitdə Alman ruhu dünyaya qəhrəmanlıq dərsi keçdi.

Sual:

— Geriyə baxarkən, Siz bəzi hərəkətlərinizdən qorxursunuzmu? Daha dəqiq desək, Yəhudi məsələsinin son həlli…

A.H.

— Almaniyanın bu faciəli saatlarında, mən yəhudilər haqqında düşünə bilmərəm.

Sual:

— Həyatınızda hansı qərara görə ən çox təəssüf hissi keçirirsiniz?

A.H.

— 1934-cü ildə SA rəhbərlərinin qovulması və Remin edamı. O zaman öz hisslərimə uyub qərar verdim, bununla da partiya içərisində çirkli intriqalara yol açdım. Ernst, bütün qüsurları ilə, sadiq bir milli sosialist idi və mübarizənin başından bəri mənimlə çiyin-çiyinə yol keçmişdi. Onun hücum qrupları olmasaydı, Nasist (AMSDP) Partiyası olmayacaqdı.

Bilirəm ki, bir çox insanlar məni milli inqilaba xəyanətdə ittiham etdilər, amma bütün söz-söhbətlərə zidd olaraq, yalnız mənəvi və etik düşüncələrə əsaslanaraq mən partiya sıralarının təmizliyi üçün mübarizə aparırdım. Ernst mənim dostum idi və dodaqları ilə adımı pıçıldayaraq öldü.

Bu gün burada olsaydı, hər şey fərqli olardı. Və Vermaxt mənə xəyanət etdi, mən öz generalarımın əliylə öləcəm. Stalin qətiyyətli bir hərəkət etdi, Qırmızı Ordunu təmizləndi və çürük aristokratiyadan xilas oldu.

«Национальная газета», N2, 1995-ci il

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ