hemle

Anım: Şəhid Ülvi Bünyadzadə - ATƏŞ.AZ

Tarix:19-01-2017, 13:01
Baxış Sayı:33 828

Ülvi Yusif oğlu Bünyadzadə Göyçə mahalının Kəsəmən kəndində ziyalı ailəsində dünyaya göz açıb.Beş yaşından yazıb-oxumağı bacaran Ülvi altı yaşında ilk şerini yazıb.12-13 yaşlarından sonra, ümumiyyətlə bütün şagirdlik həyatı boyunca vaxtaşırı olaraq şeriləri, müxtəlif səpgili bədii və publisistik yazıları ilə “Daşkəsən” qəzetində çıxış edib, habelə rayonda fəaliyyət göstərən “Qoşqar” ədəbi birliyinin üzvü olub.
Orta məktəbdə oxuduğu illərdə Ülvi həm də yeddiilik musiqi təhsil alıb. O, qarmon, tar, saz, piano, kamança kimi musiqi alətlərində çalmağı bacırıdı.
Ülvi ərəb, fars, latın, özbək dillərində yazıb-oxumağı, ingilis və rus dillərini isə mükəmməl bilirdi.
Milli Azadlıq Hərəkatının iştirakçısı, Azadlıq Meydanında dekabr mitinqinin fəallarından idi. 1990-cı ilin 20 yanvar faciəsi zamanı şəhid olub, Bakı Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan Respublikası Prezidentinin 31 mart 1998-ci il tarixli, 695 saylı fərman ilə "20 Yanvar Şəhidi" fəxri adı verilib.
Allah rəhmət eləsin

Vətən üçün ölməliyik
(Sinif yoldaşlarına)

Biz öz ömür sazımızda
“Dilqəmi”ni bilməliyik.
Leylimizin ürəyini
Məcnun kimi sevməliyik.

Bisütunu biz də yaraq,
Çənsiz Çənlibellər quraq.
Sazımızda ağlayaraq,
Biz həyatda gülməliyik.

Döyüşlərdə yoğrulmuşuq,
Gələcəyə qaranquşuq.
Həyat üçün doğulmuşuq,
Vətən üçün ölməliyik!
1982

Gəraylı

Aşıq, telli saz götür,
Olub keçəndən danış.
Dostunu düşmənindən.
Ayırıb seçəndən danış.

Koroğlu nərəsindən,
Kərəmin naləsindən,
Məhəbbət bədəsindən,
Şərbət içəndən danış.

Bəy gəlinin solunda,
Qolu zərif qolunda,
Ülvi, yarın yolunda,
Candan keçəndən danış.
1984

Digər xəbərlər
13:20 Şəhid Mübariz Hüseynov dəfn olundu
11:25 “Azəriqaz” İstehsalat Birliyinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə tələbələrlə görüş keçirildi - VIDEO
10:08 50 yaşına qədər insult riskini iki dəfə artıran faktorlar
10:03 Birinci Kosmik Müharibəyə hazırlıq başladı - Yer orbitində peyklər VURULA BİLƏR
09:57 Rusiya və ABŞ fəlakət ssenarisinə hazırlaşır: Görün Marsda nə yaradacaqlar
09:52 Paşinyanın parlamentdə qəribə çıxışının səbəbi: son anda hansı xəbəri alıb?
09:39 Əsəd 500 min dolları və qiymətli əşyaları ölkədən belə çıxarıb
09:27 Azərbaycanlı haker xarici şirkətlərdən hansı məlumatları əldə edib və nə qədər pul qazanıb? - ŞOK FAKTLAR