hemle

Xərçəngdən qoruyan, metastazın qarşısını alan tərəvəzlər - Kələm, turp, şalğam...

Tarix:12-10-2024, 10:04
Baxış Sayı:503



Kələm, brokkoli, turp, şalğam, gül kələmi kimi tərəvəzlərin müntəzəm istifadəsi bir neçə xərçəng növünün inkişaf riskini əhəmiyyətli dərəcədə azaldır.

Bu barədə britaniyalı diyetoloq Toral Şah bildirib.

O, xaççiçəklilər fəsiləsindən olan tərəvəzlərin heyrətamiz xüsusiyyətlərini açıqlayıb.

"Xaççiçəklilər fəsiləsindən olan tərəvəzlərin sirri onların zəngin tərkibindədir. Onlar həzm sisteminin işini stimullaşdıran və faydalı bağırsaq bakteriyaları üçün qida olan böyük miqdarda lif ehtiva edir. Bu, ən geniş yayılmış onkoloji xəstəliklərdən biri olan bağırsaq xərçənginin qarşısının alınmasında əsas rol oynayır", - deyə mütəxəssis bildirib.

Mütəxəssisin sözlərinə görə, xaççiçəklilər fəsiləsindən olan tərəvəzlər, həmçinin vitaminlər, minerallar və karotinoidlərin qiymətli mənbəyidir.

"Onların istifadəsi zamanı orqanizmdə indol və sulforafan kimi aktiv birləşmələr əmələ gəlir. Bu maddələr iltihabəleyhinə xüsusiyyətləri və metastazların qarşısını alma qabiliyyəti sayəsində xərçəng riskini azaltmağa kömək edir", - deyə həkim vurğulayıb.

Statistika göstərir ki, xaççiçəklilər fəsiləsindən olan tərəvəzləri müntəzəm olaraq qida rasionuna daxil edən insanlar bu məhsulları qəbul etməyənlərlə müqayisədə 20-40% daha az onkoloji xəstəliklərə məruz qalırlar.

Digər xəbərlər
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı
12:46 Sabunçu bazarında yanğın baş verdi - Video
12:28 Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
12:22 Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
12:16 25 ilə insanlar 1000 il yaşaya biləcək
12:11 Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
12:04 Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat
11:52 Bu gün 33 dərəcə isti olacaq