hemle

Qarabağı mütləq bizim olacaq.

Tarix:23-05-2020, 00:38
Baxış Sayı:535

Yeddisində höcət, tərs, dəli, yetmişyeddisində də höcət, tərs, dəli.. yaxud, Qarabağ mütləq bizim olmalıdır!

Deyilənə görə, balaca vaxtı çox höcət,tərs, "dəli" olmuşam. “Dəymə” deyiblər, dəymişəm. “yıxma” deyiblər, yıxmışam, “qırma” deyiblər, qırıb tökmüşəm. Etirazımı bu qaydada ortaya qoyurmuşam. Bir sözlə, ipə-sapa “yatan” olmamışam. Düzü o vaxt elədiklərimdə heç bir nöqsan görmürdüm də. Sadəcə böyüklər elə düşünürmüşlər.
Sonra böyüdüm, ”ağıllandım”, höcətliyin, tərsliyin, "dəliliyin" “daşını” atdım. Bir az mülayim oldum. Bir az söz udmağı öyrəndim. Bir az zamanı gözləməyi, bir az qarşındakının "böyüklük" imicini saydım... Və bir zaman özümdə özümün “ağıllandığıma” şübhə eləmədim. Amma yekəldikcə də ,ətrafın qınağına tuş gəlməmək ücün “ağıllı” imici qurmağa yardımçı olurdum. “Gəncsən, o sözü demə, nəyinə lazımdı, torpaq hara getdi, niyə getdi. Qız uşağısan, nəyinə lazımdı, bu durumuna etiraz edirsən, torpaq alacaqsan?Qadın xeylağısan, dünyanı sən düzəldəcəksən? Ondansa get balanı böyüt, ailənlə məşğul ol” kimi ağıllı məsləhətlərin ağıllanmağıma təsiri olduğunu düşünürdüm... Elə bilirdim ağıllıyam...
Elə belə də davam edirdim ki, lənətə gəlmiş koronavirus ortaya düşdü, “evdəqal”ası olduq. Uzun zamanımız, boş vaxtımız kifayət qədər...Başladım, “ağıllı” vaxtlarımı analiz eləməyə...

Boyyy, mən lap ipli-mıxlı dəliymişəm ki... Neynəmişəm, nələr eləmişəm , yazmayacam... Amma elədiyim böyük bir “günahımın” bircəciyini deməyi özümə borc bilirəm. Bilirsiniz, 15 ildi calışdığım “Qarabağ” qəzetindən “Qarabağımı istəyirəm” videomüracəti ünvanladığıma görə, qanunsuz olaraq cıxarılmışam. Qəzetin kollektivi mənə qarşı cox sayğısız-hörmətsiz hərəkətlər etdilər, (müdirin tapşırığı ilə) protokol yazdılar, məni günahlandırdılar, bununla yetmədilər üstümə bitməz-tükənməz iftiralar atdılar. Sosial şəbəkələrdə məni müdafiə edənləri çaşdırıcı statuslar yazdılar...
Sağ olsun yaxşı dostları, onların məsləhəti ilə provakasiyaya uymadım, səviyyəsizlərin səviyyəsinə düşmədim...

Düzünü deyim, müdirin məndən nifrət etməsinin əsas səbəbi indi də odur ki, onun anasının erməni millətindən olmasını guya mən yaymışam!Allahımız haqqı, bu gercəyi bütün Qarabağ camaatı bilirdi, şübhəsi olanlar da baş redaktorun müsahibə-etirafından sonra bildilər. Mən yalnızca haqqım olan işimlə bağlı müraciət yazmışam ...Orda da belə bir iddiam yoxdu.

“Qarabağ” qəzetində çalışanda bizim bir redaktorumuz (müdir-müavini) vardı, Salman Alıoğlu! (elə indi də var. Uzun illər “Respublika” qəzetində müxbir işləyib). Mən qəzetin baş redaktoru Cingiz İsmayılov tərəfindən konkret bir səbəb göstərilmədən işdən cıxarılandan bu günə qədər Salman müəllim Cingiz müəllimin “haqq” olduğuna inanır və onu şiddətlə dəstəkləyir, arxasında durur. Mətbuat Şurasının yığıncağında da, 7 dəfə kecirilən məhkəmə iclaslarında da müdirə sadiqliq əlaməti olaraq onun yanında olub və onu müdafiə edib.Özü bilər , etirazım yoxdu. Amma mənə psixoloji təsir etməyidə bacarıb... xeyli əsəb keçirmişəm...
Deməli, növbəti dəfə mart ayının 18-də mənim iddiamla bağlı yenə məhkəmə iclasında həmişəki kimi oda vardı. İclas başlamamışdan əvvəl sabiq müdirimlə bir balaca polemikamı deyək, söhbətmi deyək bilmirəm, nəsə xırda bir isident yaşadıq. Müdir mənə sual verdi:
-Əntiqə, bax, mənim bu məhkəmədə nə işim vardı? Məni niyə bura gətirtdirmisən?Nə istəyirsən bizdən?
- Ona görə sizi məhkəməyə verdim ki, qanuni yolla işimə qayıdım... “Qarabağ”a...
-Onu fikrindən çıxart eyy, bu dünya dağılsa da, sən “Qarabağ” a (bəlkədə Qarabağa ) qayıtmayacaqsan!!!
-Niyə qayıtmıram ki?Nə günah eləmişəm ki? Qarabağı istəmişəm də prezidentimizdən? Ona görə adamı işdən cıxardarlar?
Həmin Salman Alıoğlu cox əsəbi şəkildə üzünü mənə tutdu:
-Əntiqə, bizim qəzetdən gedəndən sonra niyə istəmirsən Qarabağı? “Duxun” catırsa, indidə istə də, kimnən cəkinirsən?Niyə istəmirsən?
- Salman müəllim, mən ağdamlı olaraq, qarabağlı olaraq bir “kruq” yurdumu tələb eləmişəm! İndi siz də, müdiriniz də, kollektiviniz də, nəsliniz-kökünüz də bircə “kruq” Qarabağı elə mənim kimi tələb edin, 2- ci “kruq”da yenə də birinci mən başlayacam.

Bəzi adamlar, coxu dostlarım mənə deyirlər ki, burax bu “Qarabağ”ın başını, işin var, işləyirsən. Tanınırsan, qələmin var yazırsan... burax getsinlər. İşinlə ol!
O, atalarımız deyib e, adam yeddisində nədirsə, elə yetmişyeddisində də odur! İndi mənim o höcət-tərs damarım tutub! Hara buraxıram, hara əl çəkirəm! ”Yıxma” dedinizsə, bitdi... Yıxacam e, yıxacam!
Sözümün canı var...Ermənilər elə bilir Qarabağda möhkəmlənəcəklər, ona görədə göstərmədikləri hoqqa qalmayıb. Amma bilməlidirlər ki, bu hec vaxt belə davam etməyəcək! Dəli-dolu, tərs, höcət azərbaycanlılar var gəlib yurdlarını xilas edəcəklər... bu gün də olmsa,sabah! Amma mütləq azad edəcəklər!



Əntiqə Rəşid

Digər xəbərlər
10:17 Gürcüstanda parlament seçkiləri keçirilir
10:07 Gündə neçə stəkan çay içmək olar? - Həkim normanı keçməyin nələrə səbəb olduğundan danışdı
10:06 Vətən müharibəsinin 30-cu günü - Üçüncü atəşkəs elan olunur
09:46 ABŞ yeni silah alır: Rusiya və Çin peyklərini zərərsizləşdirəcək
09:39 Naxçıvanda əhali arasında vaksinasiya aparılır
09:36 İsrail İrana ikinci dəfə zərbə endirib
18:43 Əhaliyə həftəsonu ilə bağlı XƏBƏRDARLIQ: Hazırlıqlı olun!
18:36 Bu şəxslərə verilən müavinət ARTIRILIR