hemle

"Hər gün Xocalıdır" - Sənəm Səbayel ... ATƏŞ.AZ

Tarix:14-01-2017, 14:37
Baxış Sayı:1 748

Vağzalını tərsinə çal
(26 fevral Xocalıda toy günü yasa dönən bəy gəlinə)

El bu toyda havanı tərs oynayır,
Usta çevir "Vağzalı"nı tərsinə.
Qara geyib gəlin, qara bağlayır,
Bəxt güzgüsü çevrilibdi tərsinə.
Vağzalını tərsinə çal, tərsinə.

Bəy otağı bəzənib qəbr evində,
Bu nə toydu şivən salıb elində,
Qız gəlinin qara xonça əlində,
Yığılıblar Fələyin dərd dərsinə...
Vağzalını tərsinə çal, tərsinə.

Vətəninə əsgər oldu bu şəhid,
Basılmayan bir ər oldu bu şəhid,
Güllələrə sipər oldu bu şəhid,
Torpaq üstə qan çilədi tər sinə,
Vağzalını tərsinə çal, tərsinə.

Söyləmədi son sözü anasına,
Yetişmədi sevimli sonasına,
Qan qarışdı bu toyun xnasına,
Bəy tərifi çevrilibdi yasinə,
Vağzalını tərsinə çal, tərsinə.

Allah bizi qarğayıbdı kim belə?...
Təsəlli də yükdü indi bu elə,
Səbayel, göz yaşı tök gilə-gilə,
Qol qaldırıb sən də oyna tərsinə.
Vağzalını tərsinə çal, tərsinə.

Digər xəbərlər
19:56 Rotterdamda “Qərbi Azərbaycana Qayıdışa Dəstək” adlı beynəlxalq tədbir keçirildi
15:13 Paşinyanın kilsə ilə müharibəsinin şifrələri: Azərbaycan amili niyə önəmlidir?
14:54 "WhatsApp"da yeni dövr: Sizi telefon nömrənizlə əlavə etməyən insanlar...
14:49 ABŞ-da sensasion tələb: Bu senator həbs edilsin, yoxsa III Dünya müharibəsi olacaq
14:45 İstilik təchizatı ilə bağlı yeniliklər olacaq
14:42 Sabah yağış yağacaq, dolu düşəcək - PROQNOZ
14:37 Bu gün çox çətin olacaq: Elə şeylər baş verəcək ki... - Astroloq xəbərdarlıq etdi
11:17 Bu şəxslərin maaşı bir ayda 240 manatdan çox artdı