hemle

AVMVİB-dən sərt bəyanat

Tarix:22-05-2020, 15:17
Baxış Sayı:561

www.Fedai.az
Qondarma Dağlıq Qarabağ Respublikasının “prezident” seçilən Araik Arutunyanın andiçmə mərasimi keçiriləcək. Bu qondarma qurumun qondarma and içmə mərasiminin Şuşada keçirilməsi düşmənin Azərbaycana müharibə elanı kimi qəbul edilməlidir.

Düşmən hər vəchlə Azərbaycan xalqının hissiyatını təhqir etməyi öz qarşısına məqsəd qoyub. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) üzvü olan müharibə veteranları bu gün separatçı rejimin və işğalçı Ermənistanın birgə planladığı təxribat xarakterli «and içmə» mərasimi xəbərini hiddətlə qarşılayıblar və bəyanat qəbul ediblər.

Bəyanatda deyilir: «Azərbaycan bir dövlət olaraq öz varlığına və maraqlarına hörmətlə yanaşmalı və bunu düşməndən də tələb etməyə, qəbul etdirməyə borcludur. İllərcə boş danışıqlar prosesinə bir mənalı olaraq daim qarşı olmuşuq və düşmənin anladığı tək dilin mərmilərin danışdığı dil olmasını dəfələrlə bəyan etmişik. Azərbaycan Ordusunun ilkin vəzifə borcu ərazi toxunulmazlığının bərpası və onun qorunması olduğunu ordu rəhbərliyinə xatırladaraq, bacarmırsınızsa, bu işi bizlərə həvalə edin.

Düşmənin son əsgəri bu torpaqlarda qalmamalıdır. Şuşada bu mərasimin keçirilməsini bir savaşın kapitulyasiyası kimi qiymətləndirir və bu işə rəvac vermiş aidiyyatlı orqanların haqqında araşdırmalar aparılmasını tələb edirik.

Ordu öz işini görməlidir. Sözdən əmələ keçmək zamanıdır. Kimsə düşünməsin ki, uzun danışıqlar yolu ilə bu xalq öz torpaqlarından əl çəkəcək. Məmmədyarov-Mnasakanyan danışıqları dayandırılmalı və dərhal ATƏT Minsk Qrupundan imtina edilməlidir.

Bu yolda yürüyəcək Ali Baş Komandanın hər bir əmrinə hazırıq və inanırıq ki, cənab İlham Əliyev bir çox sahələrdə olduğu kimi torpaqlarımızın tam azad edilməsi barədə tarixi bir sənədə də öz imzasını qoyacaqdır.

Xankənd və Şuşa vurulmalıdır!

Çünki düşmən bundan başqa yol qoymayıb. Bu tarixi şansı da əldən buraxsaq, tarixin lənəti qarabaqara bizi izləycək. Bu gün torpaqlarımızı geri qaytara bilməyənlər, bunu etiraf etməli və bizim savaş haqqımızı qaytarmalıdırlar.

Erməni təlxəyi Paşinyan və onun əlaltısı olan Arutunyanın bu mənfur planı işğalçı və separatçıların başında çatdamalıdır. Bunu öncə müharibə veteraları, sonra da bütün xalq tələb edir.»

AVMVİB İdarə Heyəti

Digər xəbərlər
18:27 Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiberüsullarla oğurlanıb
18:23 Sel nəticəsində ölən vəzifəli şəxs imiş
18:21 Qaraciyərin düşməni hesab edilir - Hər kəsin evində var
18:19 İsrail pasportu olanlara şok qadağa: Bu ölkəyə girişləri yasaqlandı
18:18 Zərərə görə ödənilən sığorta məbləği niyə artırılmır? - AÇIQLAMA
18:16 Pensiyalar yenidən artırılır
18:14 Əlilliyə görə təkrar yoxlamadan keçməli deyilsiniz - Bu halda müddətsizdir
18:11 Əhaliyə ŞAD XƏBƏR - Sabah səhər...