hemle

“Raketlər işə salınıb” – Paşinyanın Şuşaya son səfəri və Bakının İrəvanı qorxuya salan CAVABI

Tarix:22-05-2020, 14:00
Baxış Sayı:505

Bakı vaxtı ilə saat 18:00-da Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan separatçı rejimin yeni “prezidenti” Araik Artünyanın “inaqurasiya” mərasimi keçiriləcək.
AKTUAL TV xəbər verir ki, Şuşada keçiriləcək qondarma mərasimə Ermənistanın baş naziri Nikol Paşinyan da qatılacaq. Artıq bu saatlarda başlanacaq mərasimdən sonra atəşfəşanlığın olacağı da gözlənilir.

Bu, haqlı olaraq Azərbaycanda qəzəbə səbəb oldu. Xarici İşlər Nazirliyi rəsmi şəkildə qondarma mərasimə etiraz etdi, Azərbaycan ictimaiyyəti də bu addımın cəzasız qalmamasını tələb edir.

Nikol Paşinyanın Şuşada çıxardığı bu oyunun təxribat xarakterli olduğu məlumdur. O, bununla həm Azərbaycanı müharibəyə təhrik edərək, “bizə hücum edirlər” görüntüsü yaratmaq, həm də daxili auditoriyada xal qazanmaq niyyətindədir. Rəsmi Bakı təmkinlidir.

Birincisi, işğalçı ölkənin bu bəsit oyununu görür;
İkincisi, işğalçı ölkənin “atəşfəşanlığını” diplomatik cəbhədə istifadə edir;
Üçüncüsü, hərbi zərbəni zamanında vurmaq üçün soyuqqanlılıqla prosesi izləyir;

Azərbaycan Ordusunun kazarmaları tərk etməsi, cəbhə bölgəsində genişmiqyaslı hərbi təlimlərə start verilməsi Bakının növbəti anti-terror əməliyyatına hazırlığının nümunəsidir.

“Azərbaycanın cavabı necə olacaq?”. Bu sual Ermənistan ictimaiyyətində gərginliklə müzakirə olunur. “Lragir” saytı yazır ki, Şuşadakı “inaqurasiya” Azərbaycan Ordusunun təlimləri fonunda keçir: “Azərbaycan ictimaiyyəti cavab tələb edir, Bakı rəsmi etiraz edir, həm də raketlər işə salınıb”.

Azərbaycanın bu təxribatı cavabsız qoymayacağı şübhəsizdir və böyük ehtimalla cavab hər iki cəbhədə – diplomatik və hərbi – veriləcək. “Bu, Paşinyanın Şuşaya son səfəri olacaq” sualının cavabını isə proseslərin inkişafı göstərəcək.

Digər xəbərlər
10:13 ELOĞLUM FƏXRİMİZDİ
10:01 Muğla zəlzələsindən sonra mütəxəssislərdən xəbərdarlıq: Sonradan baş verən təkanlar...
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır
09:46 İranın Azərbaycandakı yeni səfiri odur - Foto
09:40 Maskdan daha bir iddialı plan - Planetin ən böyük binasını tikəcək
09:37 Varlılar 2050-ci ili gözləyirlər: 1000 il yaşaya biləcəklər
09:33 "Haribo"da yenə narkotik maddə aşkarlandı