hemle

AVMVİB sədri F. Rzaquliyev: «Biz müharibəni uduzmamışıq, müharibə hələ qabaqdadır!»

Tarix:8-05-2020, 19:49
Baxış Sayı:538

Şuşanın işğalından 28-ci il də ötdü…

1992-ci ilin mayın 8-də Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycanın tarixi şəhəri olan Şuşa işğal olunub. İşğalı nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 25 mindən çox əhali etnik təmizləməyə məruz qalıb. Bu utanc tarixi 28 — ci ildir ki, təkrarlanır.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev saytımıza bu barədə açıqlama verdi.

Bildirdi ki, Şuşanın işğalı milli utanc günümüzdür: «Ermənistan siyasi rəhbərliyinin bu ölkənin hərbi işğalı altında saxlanılan Şuşa şəhərinə səfər edərək burada qondarma “qələbə günü”nü qeyd etməsi fonunda bu illər ərzində danışıqlar yolu ilə nəyə nail olmuşuq? Ulu öndər Heydər Əliyev deyirdi: “Şuşasız Azərbaycan yoxdur!” Bu xarici və daxili siyasətin, Qarabağ strategiyamızın devizi bu söz olmalıdır. Yəni Azərbaycan var olmaq istəyirsə, Şuşada üçrəngli bayrağımızın dalğalanmasını tezliklə təmin etməliyik. Bəzi kolonlara xidmət edənlər, Rusiya faktorunu şişirtməklə əhalini təslimçiliyə təhrik etməkdədirlər. Xatırladım ki, silahımız, mərmimiz, peşəkar ordumuz olmadığı illərdə 4 imperiyanın eyni nöqtədə birləşən planlarını alt-üst edə bildik. Bu gün Azərbaycan ordusu, istər regionda, istərsə də beynəlxalq arenada təhcizat və kompletləşmə baxımından güclü hərbi birliklərin sırasındadır. Bu ordunun birinci vəzifəsi ölkəmizin ərazi bütövlüyünü təmin etməkdir. Antiterror əməliyyatı keçirərək ərazilərimizi terrorçulardan təmizləməkdir. Bu gün düşmən postlara göndərməy əsgər tapmır, bir çox postlarda maniken kuklalardan istifadə edir. Vaxtın uzanması xalqın ruh düşkünlüyünə və ümüdsüzlüyünə səbəb olmaqdadır Amma xalqımız bilməlidir ki, müharibə həyatı yaşamış döyüşçülər belə torpaqlarımızı bircə əmrlə azad etməyə qabildirlər və bunun tezliklə, lap elə günlər içində baş verməsini istəyirik.

Şuşa azad edilməlidir. Paşinyan kimi ədabazları başa salmağın tək yolu savaşdır. Ermənilərin anladığı tək dil, mərmilərin danışdığı dildir. O dillə danışmağa hazırıq və kimsə düşünməsin ki, o torpaqları erməniyə və onların qohum-əqrabasına yurd etməyə razı olarıq. Ermənilər bilsin ki, Qarabağı bütün dünya ermənilərinə məzar edərik. TASS-a verdiyi müsahibədə Ali Baş Komandan cənab İlham Əliyev maraqlı və çox dəqiq bir fikir söyləyib: «Ermənistanda hakimiyyət dəyişə bilər, rejimin mahiyyəti isə qalır». Bu mahiyyəti tezliklə biz dəyişməliyik.

Fürsətdən istifadə edib, öncə şəhid şəhərimiz Şuşaya, sonra bu müqəddəs savaşda şəhid olmuş döyüşçülərimizə, iştirakçısı olduğum Daşaltı əməliyyatının şəhidlərinə Allahdan rəhmət diləyirəm. İnanıram ki, bu nigaran şəhid ruhlarını tezliklə sevindirəcəyik. Düşmən inadla müharibə istəyir. Düşməni bu «arzusuna» çatdırmaq biz döyüşçülərin boynunun borcudur.

Biz müharibəni uduzmamışıq, müharibə hələ qabaqdadır!»

Elnur Səlim

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ