hemle

Kəlbəcərlilər bəyanat verdi: “Ya Qarabağ, ya ölüm!”

Tarix:21-05-2020, 22:16
Baxış Sayı:464

“Kəlbəcərə Qayıdış ” İctimai Birliyi ermənilərin Qarabağadakı oyunlarına son qoyulmasını tələb edir

“Kəlbəcərə Qayıdış ” İctimai Birliyi işğalçı Ermənistanın Azərbaycanın qədim Şuşa şəhərində mayın 21-də keçirdiyi qondarma “andiçmə mərasimi” ilə bağlı qəbul etdiyi bəyanatda göstərilir:

“Biz Kəlbəcərə Qayıdış İctimai Birliyi olaraq bildiririk ki, ermənilərin bu oyunlarına birdəfəlik son qoyulmalıdır. Azərbaycan heç bir beynəlxalq təşkilatdan, böyük dövlətlərdən, ermənilərin havadarlarından çəkinməməli, işğalçıların “andiçmə” şousu keçirdikləri məkanı raket atəşləri ilə vurmalı və ardınca torpaqlarımızın azad edilməsi üçün genişmiqyaslı hərbi əməliyyatlara başlamalıdır. Biz son iki gün ərzində sosial şəbəkələrdə həyata keçirdiyimiz aksiya ilə bir daha əmin olduq ki, xalqımızın böyük əksəriyyəti işğalçı Ermənistana qarşı dərhal müharibənin başlanmasını tələb edir. KQİB “Azərbaycan Prezidentindən, Ali Baş Komandandan işğalçı Ermənistana qarşı müharibənin başlanmaslını tələb edirik!”, “Azərbaycan Ordusunun dərhal “andiçmə” şousu keçirilən məkanı vurmasını tələb edirik!”, “İşğalçı Ermənistan Qarabağımızdan, Şuşamızdan rədd olub getməlidir!”, “Qarabağsız Azərbaycan olmayacaqdır!”, “Ya Qarabağ, ya ölüm!” şüar və tələbləri ilə keçirdiyi virtual , sosial media aksiyasına minlərlə insan qoşuldu və dəstək verdi. Aksiya Azərbaycanın bütün bölgələrini, həmçinin Avropa, Türkiyə, Rusiya, Gürcüstan və digər ölkələri əhatə etdi.

Bir daha bildiririk ki, Azərbaycan hakimiyyəti xalqın tələbini, iradəsini nəzərə alaraq işğalçı Ermənistana qarşı azadlıq müharibəsinə başlamalıdır. Başqa yolumuz yoxdur. Müharibəni başlayıb, ya qalib gəlməli, ya da məhv olmalıyıq. Ya Qarabağ, ya ölüm!

Digər xəbərlər
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir
14:19 Sabah 33 dərəcə isti olacaq
14:13 Ermənistanda Azərbaycan dili dərsliyi nəşr olundu
14:10 Yadplanetlilərlə bağlı sirr üzə çıxdı: ABŞ-ın silah proqramının bir hissəsi imiş
09:50 Xarkovda 40 partlayış qeydə alındı - Yaralılar var