hemle

Şuşanın İcra başçısı: “Topum, tüfəngim var ki, Şuşanı alım?”

Tarix:21-05-2020, 18:07
Baxış Sayı:502

Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Ermənistanın təşkil etdiyi qeyri-qanuni “seçkilər” və qondarma “andiçmə” şousuna münasibət bildirib.

Unikal.org-a açıqlama verən Bayram Səfərov ermənilərin Şuşada “andiçmə” mərasimi keçirməsini pisləyib:

“Ermənilər Şuşanı işğal edib, istədiyini də edir. Nə vaxt biz Şuşanı işğaldan azad edəcəyik, o vaxt da söz sahibi olacağıq. Mən açıqlama verirəm hərə ağzına gələni yazır. Bayramın elə bil topu, tüfəngi var. Bayram neynəməlidir? Bayram gedib, Şuşanı ermənilərdən alandı? Axmaq-axmaq sözlər yazırlar. Hərə Allahdan, bəndədən qorxmayıb ağlına gələni deyirlər. Hər birimizin dərdi birdir. Qarabağla bağlı Cənab prezidentdən güclü siyasət aparan var?! Ölkə başçısı nə qərar qəbul edirsə, biz şuşalılar da onun fikirlərini dəstəkləyirik. Ali Baş komandan əmr versə ki, torpaqlarımızı işğaldan azad olunması ilə bağlı müharibə edək ora yüyürəcəyik. Döyüş lazımdırsa, döyüş, sülh lazımdırsa, sülh olacaq!”.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir