hemle

“Şuşa bizim arzumuz, ürəyimizdir və biz onun üçün həyatımızdan keçməyə hazırıq”

Tarix:7-05-2020, 16:54
Baxış Sayı:458

Bayram Səfərov: “Ölkə başçısının səyi nəticəsində torpaqlarımızın işğaldan azad ediləcəyinə əminik”
Sabah doğma Şuşanın erməni ordusu tərəfindən işğalının 28-ci ildönümüdür.

Moderator.az-a açıqlamasında bu ağrılı günlə bağlı düşüncəsini dilə gətirən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Şuşanın, Qarabağın bütün Azərbaycan xalqı üçün müqəddəs olduğunu bildirib. İcra başçısı qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı bu torpaqlar uğrunda həyatından keçməyə hazırdır:

“Şuşa bizim vətənimiz, ürəyimiz canımız, arzumuz, istəyimizdir. Bizim üçün torpağımız əzizdir. Torpağımızdan ötrü qanımzıdan, canımzıdan keçməyə hazırıq. Yalnız şuşalılar, qarabağlılar deyil, bütün Azərbaycan xalqı buna hazırdır.

Sadəcə, dünyada ikili standartlar var. Siyasətçilərin oyunları var. Erməniləri sevənlər, Azərbaycanın paxıllığını çəkənlər var. Bütün bunların hamısına isə möhtərəm prezidentimiz sinə gəlir. O, öz sinəsini önə verərək bütün təzyiqləri dəf edir, Azərbaycan həqiqətlərini dünyaya çatdırır. Biz isə öz prezidentimizin, ali baş komandanımızın arxasınca gedirik. Əminik ki, ölkə başçısımızın səyi nəticəsində torpaqlarımız işğaldan azad olunacaq və biz yenə öz doğma torpaqlarımıza qayıdacayıq”.

Seymur ƏLİYEV

Digər xəbərlər
22:04 Bu əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
22:01 Yaxın beş ildə dünya tarixin ən isti ilini yaşayacaq
21:52 Pentaqon Çinin hücumundan qorxur: Bunu aşkar etmək çox çətin olacaq
21:46 Kartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ
19:56 Rotterdamda “Qərbi Azərbaycana Qayıdışa Dəstək” adlı beynəlxalq tədbir keçirildi
15:13 Paşinyanın kilsə ilə müharibəsinin şifrələri: Azərbaycan amili niyə önəmlidir?
14:54 "WhatsApp"da yeni dövr: Sizi telefon nömrənizlə əlavə etməyən insanlar...
14:49 ABŞ-da sensasion tələb: Bu senator həbs edilsin, yoxsa III Dünya müharibəsi olacaq