hemle

Nazir Elmar Məmmədyarov Şuşada

Tarix:12-11-2018, 13:38
Baxış Sayı:652

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarov Xarici işlər naziri Elmar Məmmədyarovla bağlı maraqlı məlumat paylaşıb.

Diplomatın sosial şəbəkədə paylaşdığı foto və məlumat izləyicilər tərəfindən maraqla qarşılanıb.

Daşqın Şikarov paylaşdığı fotonun üzərində qeyd edib:

"Şuşa 1992-ci il, yanvar. Elmar Məmmədyarov, Yaşar Əliyev, Murad Heydərov.

1992-ci ildə Xarici İşlər Nazirliyinin protokol şöbəsinin müdiri vəzifəsində işləyən Elmar Məmmədyarov ATƏT-in nümayəndə heyəti ilə mütəmadi olaraq ataşə tutulan, mühasirədə olan Şuşa səhərinə helikopterlə səfər edib. Səfər zamanı nümayəndə heyəti Şuşanın düşdüyü son dərəcə çətin durumu, blokada şəraitində yaşayan və hər an ölüm təhlükəsi ilə üz-üzə gələn mülki əhalinin acı vəziyyətinin şahidi olub.

Elmar Məmmədyarov ATƏT-in nümayəndə heyətinə Dağlıq-Qarabağın durumu, mülki əhaliyə qarşı aparılan etnik təmizləmə siyasəti, ermənilərin məkrli planları haqqında məlumat verərək, ATƏT təmsilçilərini bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına səsləyib.

Şuşanın, Laçının mühasirədə olduğu vaxtlarda Elmar Məmmədyarov dəfələrlə müxtəlif beynəlxalq təşkilatların nümayəndə heyətlərinin mühasirədə olan rayonlarımıza səfərlərini təşkil edib, erməni hərbi birləşmələrinin mülki əhaliyə divan tutmasını xarici müşahidəçilərin gözü ilə bütün dünyaya nümayiş etdirib".

Daşqın Şikarov qeyd edib ki, Elmar Məmmədyarov ingilis və rus dilini mükəmməl bilməklə yanaşı, eyni zamanda güclü analiz qabiliyyətinə malik peşəkar, vətənpərvər və uzaqgörən diplomatdır:

"Azərbaycan müstəqillik əldə etdikdən 20 il sonra BMT kimi nüfüzlu təşkilatın Təhlükəsizlik Şurasının qeyri daimi üzvi seçilib. Gənc müstəqil dövlət üçün bu çox ciddi və böyük uğurdur. Bu qələbədə şübhəsiz ki, xarici işlər naziri kimi Elmar Məmmədyarovun böyük xidmətləri var".

Səfir qeyd edib ki, Elmar Məmmədyarov erməni hərbi birləşmələrinin ölkəmizə təcavüzü faktı ilə bağlı həqiqəti dünya birliyinə çatdırmaq üçün 26 il bundan əvvəl Şuşanın mühasirədə olduğu çətin və təhlükəli bir dövrdə heç nədən şəkinmədən ATƏT müşahidəçiləri ilə Şuşaya səfər etmiş əsl vətənpərvərlik nümunəsi göstərib.

Azər Azadzadə Atəs

Digər xəbərlər
22:06 Bakı ilə saziş imzalanmalı, ATƏT-in Minsk Qrupu buraxılmalıdır - Rəsmi İrəvan
22:05 Robotlar sınaqdan keçdi: Onlar indi insanlar qədər ağıllıdırlar
22:04 Yeni müharibəyə hazırlaşırlar: prosesə bu üç ölkə rəhbərlik edir
22:03 Ceyhun Bayrmaov Yvan Gillə görüşdü
22:03 Sağlamlıq Gecə yemək yeyənlərin diqqətinə: bu xəstəliyə tutula bilərsiniz
22:02 Ceyhun Bayramov venesuelalı həmkarı ilə müzakirələr apardı
22:01 Azərbaycanda zəlzələ oldu
11:07 Parkinson xəstəliyi ilə bağlı vacib məqam