hemle

Azərbaycan Muharibəyə hazirdir- MUDAFİYƏ NAZİRİ

Tarix:9-04-2019, 12:21
Baxış Sayı:469

“Dünyada elə bir dövlət yoxdur ki, onun ordusu sülhə hazırlaşsın. Orduların vəzifəsi sülhə yox, məhz müharibəyə hazır olmaqdır”.

Ateshtv.az xəbər verir ki, bunu "Report"un sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistanın müdafiə naziri David Tonoyanın Azərbaycanın hərbi-siyasi rəhbərliyinin ordunu sülhə hazırlamaqla bağlı dediyi fikri şərh edərkən bildirib.

“Ordunun funksiyası daim müharibəyə hazır olmaqla ölkənin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsidir.

Ali Baş Komandanımızın bəyan etdiyi kimi Ermənistan sülh istəyirsə, erməni əsgəri qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmalıdır.

Ermənistanın hərbi-siyasi rəhbərliyi birdəfəlik anlamalıdır ki, yalnız torpaqlarımızı işğaldan azad etdikdən sonra Ordumuz sülh haqqında düşünə bilər. İndiki şəraitdə isə Azərbaycan Ordusu sülhə yox, müharibəyə hazırdır”, - polkovnik V.Dərgahlı bildirib.

Xəbər YENİAVAZ.COM saytina istinadən yayimlanir.
Atəş TV

Digər xəbərlər
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır
09:46 İranın Azərbaycandakı yeni səfiri odur - Foto
09:40 Maskdan daha bir iddialı plan - Planetin ən böyük binasını tikəcək
09:37 Varlılar 2050-ci ili gözləyirlər: 1000 il yaşaya biləcəklər
09:33 "Haribo"da yenə narkotik maddə aşkarlandı
22:32 Dələduzlar sizi “QR” kodla aldada bilər – XƏBƏRDARLIQ
22:29 “Match TV”nin yayımının dayandırılmasının səbəbi AÇIQLANDI