hemle

"Müharibə uşaqları"ndan Zakir Həsənov və Nəcməddin Sadıkova Açıq məktub!

Tarix:22-05-2020, 01:05
Baxış Sayı:624

Elm və texnologiya nə qədər inkişaf edir etsin, nə qədər yeni silahlar meydana çıxır çıxsın müharibədə qalibiyyəti iki faktor təmin edir: döyüş ruhu və komandirə inam.
Bu gün Azərbaycan cəmiyyətində döyüş ruhu var. Bu “barıt” kimi ruhu işə salmağa bir qığılcım lazımdır. İnsanlar sosial problemlərini də, neftin satılıb satılmadığını da, koronavirusu da, evdə balasının ac qalacağını da düşünmədən savaşa gedəcək.

Komandirə inam – şərq dünyasında bir nömrəli psixoloji məsələdir. Hamı avtoriteti olan komandirin ardınca gedir. Necə ki, 26-27 il əvvəl Birinci Qarabağ müharibəsində bu faktor öz sözünü deyib. Rəhmətlik Allahverdi Bağırov, Fred Asif, Yaqub Rzayev, Əliyar Əliyev, Zaur Rzayev, Şirin Mirzəyev və digərlərinin timsalında bunun şahidi olmuşuq. Topu, tankı, raketi olmayan, əliyalın, ən yaxşı halda avtomatla, karabinlə silahlanmış yüzlərlə insanlar bu komandirlərə inanıb əmri ilə döyüşə girir, ölümünə savaşdırdılar. Bu gün həyatda qalan tabor komandirləri baxmayaraq ki, yaşları ötüb, amma yenə də eyni qaydada bir çağırışla bütün əsgərlərini yığıb döyüşə apara bilərlər. Bunun şahidi olmuşuq. Çünki əsgərləri o komandirə güvənirlər. İnamları var.

Cənab Nazir, cənab Baş Qərargah Rəisi.

Mən – uşaqlığında o müharibənin acılarını görmüş, yüz illər boyu ata-babası yaşadığı torpaqlar işğal altında olan bir qarabağlı kimi yazıram.

Bizlər müharibə uşaqlarıyıq. Ölümləri də gördük, zülümləri də. Aclığı da, yoxluğu da.

İndi topumuz da var, tankımız da, 500 kilometrlik raketlərimiz də. Hərbi büdcəmiz Ermənistanın dövlət büdcəsindən çoxdur.

Düşməni vurub dağıtmaq yerinə, işi pafosla basıb bağlamaq olan Müdafiə Nazirliyimizə isə cəmiyyət inanmır. Bir obyektiv tədqiqat aparılsa nəticələri Müdafiə Nazirliyini “format eləməyə” bəs edir.

2013-cü ilin oktyabr ayında baş verən dəyişikliklər orduda xidmət edən zabit və gizirlərimizdə müəyyən ümid işartıları yaratmışdı. Qısa zamanda o ümidlər nənki puça çıxdı, hətta Əbiyevin ölənlərinə rəhmət oxumağa başladılar.

Səbəbləri o qədər çoxdur ki sadalamaqla bitən deyil. Bunun üçün ayrıca səhifə-səhifə məqalələr bəs eləməz.

Siz özünüz də yaxşı bilirsiniz ki, artıq bir komandir kimi hətta yaxınlarınız belə sizə inanmır.

Ordunu döyüşə komandiri aparır.

Həm mayın 8-də, həm də bu gün biz qarabağlıların sonuncu ümidlərini öldürüb, Şuşaya gələn Paşinyanların ayaqları altına atdınız.

Bu gündən ya Siz, ya da sələfiniz Rəhim Qazıyev, Vahid Musayev. Mənim gözümdə eynisiniz.

Min illərə dayanan hərb tariximizin utanc dövrü kimi xatırlanacaqsınız.

Rəşad Süleymanov

azeridefence.com

Digər xəbərlər
18:27 Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiberüsullarla oğurlanıb
18:23 Sel nəticəsində ölən vəzifəli şəxs imiş
18:21 Qaraciyərin düşməni hesab edilir - Hər kəsin evində var
18:19 İsrail pasportu olanlara şok qadağa: Bu ölkəyə girişləri yasaqlandı
18:18 Zərərə görə ödənilən sığorta məbləği niyə artırılmır? - AÇIQLAMA
18:16 Pensiyalar yenidən artırılır
18:14 Əlilliyə görə təkrar yoxlamadan keçməli deyilsiniz - Bu halda müddətsizdir
18:11 Əhaliyə ŞAD XƏBƏR - Sabah səhər...