hemle

Mingəçevirli energetik veteranlar ölkə başçısını çalışdıqları müəssisənin açılışına dəvət etdilər

Tarix:21-05-2020, 15:04
Baxış Sayı:516

Mingəçevirli energetik veteranlar ölkə başçısını çalışdıqları müəssisənin açılışına dəvət etdilər.

AVMVİB Mingəçevir şəhər şöbəsinin üzvləri prezidentə müraciət edərək çalışdıqları yenidən qurulmuş müəssisənin açılışına dəvət ediblər.

Bu barədə məlumat verən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin səlahiyyətli nümayəndəsi, Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov məlumat verib.

O, bildirdi ki, məlum hadisələrdən sonra “Azərbaycan” İES istismar müddətini başa vurduğu üçün Prezident İlham Əliyevin göstərişi ilə ən müasir səviyyədə yenidən qurularaq bərpa edilir. Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan və respublikada elektrik enerjisinə olan tələbatın 43 faizini təmin edən 8 bloklu “Azərbaycan” İES-də bütün parametrlər üzrə tikinti, yenidənqurma və bərpa işləri aparılır. Baba Rzayevin «Azərenerji»nin prezidenti təyin edilməsindən sonra bu sahədə müsbət mənada köklü dəyişikliklər edilib. Müəssisədə görülmüş yüksək keyfiyyətli yenidənqurma işlərinə görə müəssisədə çalışan müharibə veteranları adından «Azərenerji»nin prezidenti Baba Rzayevə və Ali Baş Komandan cənab İlham Əliyevə veteranlar adından öz minnətdarlığımızı bildiririk. Elə buna görə də onun şəxsi diqqət və qayğısıyla ərsəyə gəlmiş müəssisənin açılışında hər bir energetik cənab İlham Əliyevin iştirakını arzulayır.

N. Həsənov bildirdi ki, müharibə veteranı olan energetiklər buna görə ölkə rəhbərinə müraciət ünvanlayıblar. Müraciətdə deyilir: «Hörmətli cənab Prezident!


Təmsil etiyimiz Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Mingəçevir şəhər şöbəsinin 2680 nəfər üzvündən 151 nəfəri «Azərenerji» ASC Azərbaycan İES-də çalışır. 2018-ci ilin iyulunda baş verən qəza nəticəsində enerji sisteminin çökməsinə səbəb olan Mingəçevir şəhərindəki “Azərbaycan” İES istismar müddətini başa vurduğu üçün Prezident İlham Əliyevin göstərişi ilə ən müasir səviyyədə yenidən qurularaq bərpa edilir. Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan və respublikada elektrik enerjisinə olan tələbatın 43 faizini təmin edən 8 bloklu “Azərbaycan” İES-də bütün parametrlər üzrə tikinti, yenidənqurma və bərpa işləri aparılır.

Siz dəfələrlə müəssisəmizin ölkə iqtisadiyyatında əvəzsiz rolunu qeyd etmisiniz. Müəssisədə baş vermiş utanc verici qəzadan sonra müxtəlif mənbələr bildirirdilər ki, stansiyanın yenidən bərpası iqtisadi cəhətdən əhəmiyyətsizdir. Lakin Siz, tək iqtisadi rəqəmləri deyil, müəssisədə çalışan 1000 nəfərdən artıq energetikin gələcək taleyini və sosial durumunu ön plana çəkərək, müəssisənin əsaslı yenidənqurulması üçün göstəriş verdiniz.

Artıq stansiyada işlər yekunlaşmaq üzrədir.Bu gün inanmaq olmur ki, həm texniki baxımdan, həm də gözəllik və yaradılmış şəraitə görə istənilən bir ölkə ilə müqayisə edilə biləcək bir stansiya var. Biz bununla fəxr edir və böyük səbirsizliklə Sizi stansiyanın açılışında gözləyirik.

Hörmətli cənab Prezident!

İşlədiyimiz Azərbaycan İES daimi həyat təminatlı, mühüm əhəmiyyətli obyektlər kateqoriyasına daxildir. Bu müəssisənin daimi iş rejimində işləməsi hər zaman olduğu kimi koronavirus bəlasının dünyanı cənginə aldığı bir dövrdə ölkəmiz üçün, xalqımız üçün çox vacibdir. Müəssisəmizin fəaliyyəti bu dövrdə bir saniyə də dayanmadı və fədakar energetiklərimiz vətəndaşlarımızın evdə qalaraq, sağlamlıqlarını qorumaları üçün bu gün də çalışırlar.

Məhz Sizin belə ağır, fövqaladə vəziyyətdə verdiyiniz düzgün qərarlar, gördüyünüz qabaqlayıcı tədbirlər, «Biz birlikdə güclüyük!» kimi müdrik çağırışlar bu vəziyyətdən ən az itkiylə çıxmamızla nəticələndi. «Azərenerji» ASC-də aparılan sanitar — gigiyenik və qoruyucu tədbirlər nəticəsində bu sahədə çalışan energetiklərdən bir nəfərin də bu xəstəliyə tutulmadığını diqqətinizə çatdırmaq istəyirəm.

Allah Sizi qorusun! Biz Sizinlə və Mehriban xanımla fəxr edirik!

Hər şeyə görə, çox sağ olun!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi ( AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Mingəçevir şəhər şöbəsinin sədri: Natiq Həsənov

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir