hemle

Suriyada yeni gəlişmə: “Əsəd gedir, yerinə isə...” – Putinin yeni layihəsi

Tarix:20-05-2020, 21:28
Baxış Sayı:435

“Suriya problemi beynəlxalq güclər və BMT-nin vasitəçiliyi ilə öz həllini tapmalıdır. Çünki beynəlxalq güclər Suriya və bölgədə olan maraqlarını həyata keçirmək istəyirlərsə, bunu qarşılıqlı güzəştlər kontekstində edə bilərlər”.

Suriya hakimiyyəti və müxalifəti arasında dialoqla bağlı əldə edilmiş anlaşmanı Teleqraf.com-a şərh edən politoloq Elşən Manafov belə deyib.

Ekspert tərəflər arasında ehtimal olunan danışıqların beynəlxalq güclərin maraqlarına cavab verdiyini istisna etməyib:

“Suriyanın fedaral dövlətlərə parçalanması və bu ölkənin neftinə sahiblənmək, burada ABŞ-ın maraqlarına cavab verə biləcək müəyyən terrorçu qruplaşmaların maliyyələşdirilməsi, o cümlədən, Türkiyə ərazilərində “Kürdüstan dövləti” yaradılması ilə bağlı planları reallaşdırmaq mümkün olmadı. Çünki bölgə dövlətləri Birləşmiş Ştatların yeni dünya nizamı ilə bağlı məlum geosiyasi layihəsinə qarşı çıxdılar. Burada İran və Türkiyənin, sonradan isə Rusiyanın maraqları üst-üstə düşdüyündən ABŞ sözügedən layihəni gerçəkləşdirə bilmədi. Lakin məlum məsələdir ki, ABŞ bölgədəki maraqlarından geri çəkilmək niyyətində deyil. Buna görə də beynəlxalq güclər Suriya probleminin beynəlxalq hüquq normaları çərçivəsində həllində maraqlı olmalıdırlar.

Vaxtilə Suriyada mövcud qanunvericiliyin dəyişdirilməsi və yeni Konstitusiyanın qəbul edilməsi ilə bağlı Astana sammitində Rusiyanın patronajlığı altında bir sıra razılaşmalar əldə edilmişdi. İran və Türkiyənin də burada maraqları nəzərə alınmışdı. Əslində həmin razılaşmalar Suriya probleminin həllini nəzərdə tuturdu. Amma fərq budur ki, Qərb məsələnin Cenevrə danışıqları çərçivəsində həllində maraqlı olduğu halda, Rusiya və digər bölgə dövlətləri Astana formatına təkid etdi. Son nəticədə diplomatik müstəvidə razılaşmaların əldə edilməməsi, tərəflər arasında hərbi gücün tətbiqinə gətirib çıxardı. Bu gün də bölgədəki vəziyyət göz qabağındadır. Suriyadan 3.5 milyondan çox insanın qaçqın düşməsi, yüz minlərlə insanın həyatını itirməsi, ölkə iqtisadiyyatına dəymiş ağır zərərlər hər kəsə məlumdur”.

Elşən Manafovun sözlərinə görə, Suriyada Türkiyə, Rusiya və İranın maraqlarının qabarıq şəkildə özünü büruzə verməsi anlaşılandır:

“Çünki ABŞ bölgədən kifayət qədər uzaqda yerləşən bir dövlətdir, amma fövqəl dövlət olaraq da bölgədə maraqlarının olması anlaşılandır. Üstəgəl, ABŞ-ın bölgədəki əsas müttəfiqi İsrailin məlum münaqişə ilə bağlı mövqeyi də bura daxildir. Yəni, Suriya məsələsinə kompleks şəkildə yanaşılmalıdır. Əlbəttə, beynəlxalq güclər Suriya böhranının beynəlxalq hüquq normaları çərçivəsində həlli üçün ortaya konkret bir mövqe qoymalıdırlar. Bu da hər iki tərəfdən qarşılıqlı güzəştləri şərtləndirir.

Məsələ budur ki, Rusiya vaxtilə Əsədin hakimiyyətdən getməsinə razılıq vermədi. Amma düşünürəm ki, indi Kremlin özünün Əsəddən sonrakı dönəm üçün müəyyən layihələri var. Qənaətimə görə, Rusiya ABŞ-la Əsəddən sonrakı dövrün iqtisadi-siyasi reallıqlarını realizə etmək üçün müəyyən danışıqlar aparmalıdır. Bu mənada, Türkiyə və İranın da maraqları nəzərə alınmalıdır. Üstəgəl, Avropa İttifaqı kimi nəhəng geosiyasi oyunçu var ki, onun da bölgədə maraqları var. Yəni, Avropa İttifaqının, xüsusən də vaxtilə Suriyanı müstəmləkə əsarətində saxlayan Fransanın da maraqları nəzərə alınmalıdır. Bu mənada, Suriya hakimiyyəti və müxaliflətin danışıqlar üçün BMT-yə müraciət etməsi, BMT Təhlükəsizlik Şurasında bu məsələ ilə bağlı danışıqların getməsi beynəlxalq hüquq normaları baxımından düzgün addımdır”.

Müəllif: Mənsur Rəğbətoğlu

Digər xəbərlər
17:21 Təhlükəsizlik baxımından bunları bilmək vacibdir
14:34 TƏBİB partlayışda xəsarət alanların son vəziyyətini açıqladı
14:31 ABŞ Rusiya və İrana kosmosdan zərbə endirəcək - Gizli silah
14:29 ABŞ Konqresindən sensasiyalı araşdırma: COVID-19 laboratoriyadan "qaçıb" - FAKTLAR
14:25 Erməni nümayəndə BMT-də çıxılmaz vəziyyətdə qaldı, azərbaycanlılarla bağlı həqiqəti etiraf etdi
14:21 İsrail xüsusi xidmət orqanları İranın 200-dən çox kiberhücumunu qeydə alıb
08:49 Yer təhlükədə: Artıq 15 milyon kvadrat kilometr torpaq tükənib
08:46 "WhatsApp" milyonlarla "iPhone" smartfonunda işini dayandıracaq