ABŞ rəhbərliyinin Karayılan, Bayık, Qalxan kimi, PKK başçıları üçün mükafat qoyması Türkiyə tərəfindən PYD məsələsindəki mövqeyini qoruyan bir ehtiyatlı nikbinliklə qarşılanıb. PKK ilə mübarizəyə dəstək verəcək hər bir gəlişməni müsbət qəbul edərkən, daha böyük mənzərəni gördüyümüz və yeni oyunlara icazə verməyəcəyimiz vurğulanmış oldu.
PKK-ya qarşı addım atıb, PYD-ni qəbul etdirmə kimi bir həmləni Türkiyənin qəbul etməyəcəyi aydındır. ABŞ regionda PYD üzərindən özünə görə bir oyun qurur, Türkiyənin PKK və PYD təzyiqi isə bunu sarsıdır.
PKK, ABŞ üçün PYD-yə görə, daha asan qurban edilə bilən vəziyyətdədir. Hamı bilir ki, PKK da, PYD də eyni təşkilatın qollarıdır. Məsələ Türkiyəyə təhdid yaratmaqdırsa, ikisi də eyni dərəcədə açıq təhdid mövqeyindədir. Türkiyənin terror həll etmək prosesində öz təşəbbüsü ilə bu problemdən xilas olmaq səyləri bəzi Qərb ölkələri tərəfindən PKK-nı dövriyədən çıxarmaması, faydalı bir alət olaraq saxlaması ilə sabotaj olunmuşdu. Görünən odur ki, indilərdə PKK üzərindən Türkiyənin manevr imkanlarını daraldan təzyiqi qarşısında bu PKK alətindən istifadə dəyəri arxa plana atılıb və hər şey PYD-nin istifadə dəyəri üzərinə qurulur.
ABŞ-ın bu gedişində Türkiyənin atdığı iki addımın təsiri olduğu deyilə bilər:
Birincisi, Fəratın şərqindəki PYD varlığına qarşı hərbi hərəkətliliyin başlamış olması.
İkincisi, Türkiyənin Suriya problemi kontekstində aldığı təşəbbüslə Suriyanın ərazi bütövlüyü məsələsində diplomatik təzyiqi artırması.
Bu iki addım da ABŞ-nın hesablarını pozur.
ABŞ PYD-ni Suriyada bir nömrəli müttəfiq kimi görür. Başda Əsəd rejiminə qarşı mübarizədə istifadə etdikləri PYD-ni, indi regional yeni dizaynın əsas aktyoru kimi görürlər.
Ərazi bütövlüyü ritorikası, bişməkdə olan aşa çox pis halda su qatan bir arqument kimidir. Son dövrdə Rusiya, İran və Avropa ölkələri bu ritorikanı güclü şəkildə təkrar etməkdədirlər.
Türkiyənin Suriyanın gələcəyinə yönəlik ABŞ-ın çox da işinə gəlməyən bir siyasi layihəyə dəstəyini artırması, PYD-nin bir alət kimi dəyərini aşağı salır.
Buna qarşılıq PKK-nı gözdən çıxarıb, həm yeni regional dizaynın önünü açmaq, həm də Suriya siyasətində istifadə etdikləri aktyoru itirməmək kimi bir təşəbbüs göstərirlər.
Türkiyə PKK və Qəndildəki şəbəkə ilə onlarca ildir mübarizə edir. ABŞ da hər zaman PKK-nın terrorçu təşkilat olduğunu söyləyib, Türkiyə ilə bir qisim əməkdaşlıqlara gedib, amma öldürücü zərbənin vurulması üçün lazım olan dəstəyi verməyib.
Qəndildəki terrorçubaşı mövqeyindəki şəxslər xarici kəşfiyyat təşkilatlarının dəstəyi olmadan bu qədər varlıqlarını davam etdirə bilməzdilər. Türkiyə Qəndilə çox uğurlu əməliyyatlar həyata keçirib, gizli və ya açıq nöqtə hərəkatlar həyata keçirib, amma PKK başçısı olan şəxslər hər dəfə bir şəkildə xilas olublar.
Bu xilas olma hadisələrinin öz güc və imkanları çərçivəsində olmadığı aydındır.
Bu üzdən ABŞ-ın birlərinin başına mükafat qoyması çox ironikdir.
Türkiyə, birlərinin qoruma və saxlaması olmasa, kimsənin əlavə dəstəyinə ehtiyac duymadan lazım olan nəticəyə çata bilər.
"Dovşana qaç, tazıya tut" kimi bir yalanla bu günə qədər gəldi. Bundan sonra həqiqətən yaxşı niyyətli və səmimi bir addım atılacaqsa, bu tələbləri də ortadadır.
Türkiyə, İŞİD qorxutması və ya PKK başçılarına mükafat kimi jestlərlə yönəldilə bilən bir ölkə deyil. Məsələnin çox tərəfi var və Türkiyə bu çoxtərəfliliyi rasional olaraq təhlil edə biləcək bir dövlət ağlına malikdir.
Azər Azadzadə Atəs.