hemle

Yaxın zamanda Bəşər Əsəd gedəcək – Cefri

Tarix:4-05-2020, 12:29
Baxış Sayı:462

Yaxın zamanda Bəşər Əsəd gedəcək və Suriyada rejim dəyişəcək.

Turkustan.info “Yeni Akıt” nəşrinə istinadən xəbər verir ki, bunu ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri deyib.

O bildirib ki, ABŞ Dəməşqə qarşı sanksiyalar tətbiq etməkdə davam edəcək:

“Siyasi həll yolu qəbul edilənə qədər Suriya rejiminə qarşı sanksiyaların tətbiq olunmasının tərəfdarıyıq. İqtisadi sanksiyalar rejim liderinə çox yaxın olan şəxslər üçün vəziyyəti daha da pisləşdirir. Məqsədimiz də budur. Bu şəxslər Əsədi dəstəkləməyə davam edərlərsə, onları parlaq gələcək gözləmədiyini açıq şəkildə bildirmək istəyirik”.

C.Cefri qeyd edib ki, İdlib Suriyada müxalif qüvvələrin qalası sayılır:

“İdlib rejim qüvvələrinin əlinə keçməyəcək və yaxın zamanda Əsəd taxtdan enəcək”. /Axar.az/

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir