hemle

İlham Əliyev Vyetnam prezidentinə başsağlığı verdi

Tarix:23-07-2024, 17:00
Baxış Sayı:623

İlham Əliyev Vyetnam prezidentinə başsağlığı verdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti To Lama başsağlığı məktubu ünvanlayıb.

President.az xəbər verir ki, məktubda deyilir:

"Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, görkəmli dövlət xadimi Nquyen Fu Çonqun vəfatı xəbəri bizi olduqca kədərləndirdi.

Nquyen Fu Çonqun Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq əlaqələrinin xoş ənənələrinin möhkəmlənməsində böyük xidmətləri olmuşdur. Biz dövlətlərarası münasibətlərimizin inkişafına Nquyen Fu Çonqun verdiyi töhfəni yüksək qiymətləndiririk.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün Vyetnam xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Digər xəbərlər
22:41 Telefonla ödəniş edənlərin DİQQƏTİNƏ: NFC ilə pullarınızı belə oğurlayırlar
22:36 DİN-dən avtobus zolağına daxil olan sürücülərə xəbərdarlıq
22:13 İstanbuldakı zəlzələyə görə məktəblərdə 2 günlük tətil elan edildi
22:07 Afterşoklar davam edir: İstanbulda gecəni harada keçirmək olar?
22:05 İstanbulda güclü zəlzələ: xəsarət alanların sayı artdı - YENİLƏNDİ
12:47 Pensiya təyin edilməyibsə, hara müraciət edilməlidir? – CAVAB
12:43 Londondakı mühüm görüş dalana dirəndi: Zelenskinin bu açıqlamasına görə
12:39 Xəzər 2050-ci ilədək kritik səviyyəyə düşə bilər