hemle

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

Tarix:20-07-2024, 17:10
Baxış Sayı:875

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb
Azərbaycanda sentyabrın 1-nə təyin olunan Milli Məclisə növbədənkənar seçkilərdə iştirak etmək istəyən iddialılar zəruri prosedurların icrasına başlayıblar.

VI çağırış Milli Məclisin bitərəf statuslu deputatlarından bəziləri artıq 1 sentyabr seçkilərində iştirakla bağlı qərar qəbul edib.

Parlamentdəki bitərəf deputatlar korpusunun təmsilçisi olan Sahib Alıyev növbədənkənar seçkilərdə namizədliyini irəli sürdüyünü bildirib:

“Sənədlərimi 93 saylı Ağdaş seçki dairəsinə təqdim edərək imza vərəqələrini götürmüşəm. Mümkün olan qısa müddət ərzində tələb olunan sayda seçici imzaları toplanıb komissiyaya təqdim olunacaq”.

“Report”un sorğusunu cavablandıran Milli Məclisin digər bitərəfləri - Könül Nurullayeva (24 saylı Nizami birinci), Əminə Ağazadə (62 saylı Kürdəmir) və Jalə Əliyeva (95 saylı Zərdab-Kürdəmir-Ucar) da 1 sentyabr seçkilərinə qatıldıqlarını, sənədlərini artıq müvafiq Dairə seçki komissiyalarına təqdim etdiklərini bildiriblər.

Digər xəbərlər
22:41 Telefonla ödəniş edənlərin DİQQƏTİNƏ: NFC ilə pullarınızı belə oğurlayırlar
22:36 DİN-dən avtobus zolağına daxil olan sürücülərə xəbərdarlıq
22:13 İstanbuldakı zəlzələyə görə məktəblərdə 2 günlük tətil elan edildi
22:07 Afterşoklar davam edir: İstanbulda gecəni harada keçirmək olar?
22:05 İstanbulda güclü zəlzələ: xəsarət alanların sayı artdı - YENİLƏNDİ
12:47 Pensiya təyin edilməyibsə, hara müraciət edilməlidir? – CAVAB
12:43 Londondakı mühüm görüş dalana dirəndi: Zelenskinin bu açıqlamasına görə
12:39 Xəzər 2050-ci ilədək kritik səviyyəyə düşə bilər