hemle

İcraçı direktor: QHT-lər COP29-la bağlı qrant müsabiqəsində yalnız koalisiya şəklində iştirak edə bilər

Tarix:15-07-2024, 13:30
Baxış Sayı:764

İcraçı direktor: QHT-lər COP29-la bağlı qrant müsabiqəsində yalnız koalisiya şəklində iştirak edə bilər
Sabahdan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birgə QHT-lər üçün “COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsi başlayacaq.

Bunu Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva “COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsi ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, təqdim edilən layihələr qlobal iqlim dəyişmələri mövzusuna uyğun olmalıdır:

"Qrant müsabiqəsində QHT-lər yalnız koalisiya şəkildə iştirak edə bilər".

O vurğulayıb ki, layihələr texniki ekspertizadan keçdikdən sonra müvafiq meyarlar üzrə 100 ballıq sistem üzrə qiymətləndiriləcək.

İcraçı direktor əlavə edib ki, bu zaman layihənin məqsədinin aydınlığı, innovativliyi və icra müddətinin əsaslandırılması və davamlılığı nəzərə alənacaq:

"Həmçinin layihənin büdcəsinin qrant məbləğinə uyğun olması, QHT-nin və işçi heyətin müvafiq layihə mövzusuna uyğun təcrübəsi, layihə üzrə risklərin təhlili, layihə üzrə benefisiarların düzgün müəyyən edilməsi, layihənin icrası zamanı müvafiq tərəfdaşlarla və media ilə əməkdaşlıq, həmçinin QHT-nin təqdim etdiyi layihə mövzusunun nizamnamə məqsədlərinə uyğunluğu və layihədən gözlənilən nəticələr nəzərə alınacaq".

Digər xəbərlər
19:47 Sabahın havası ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
19:43 Milli Məclis önündə insident: İdmançı "Lexus"la qadın sürücünün qarşısını kəsdi
19:33 Pensiyalar ilə bağlı vacib MƏLUMAT
16:38 Evdə "Wi-Fi" istifadə edənlərin NƏZƏRİNƏ
16:33 KİV: Rusiya yaxın zamanlarda Kiyevdəki hökumət binalarını vura bilər
16:29 Rusiyanın uyğunsuzluq aşkarladığı sosiskalar Azərbaycana idxal olunub? - Rəsmi açıqlama
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı