hemle

Şuşadakı aksiyanın bəzi iştirakçıları PA-nın qarşısında etiraza toplaşıblar - QHT QALMAQALI...

Tarix:27-05-2023, 13:44
Baxış Sayı:17

Ötən gün bir qrup ictimai fəal, QHT təmsilçisi Prezident Administrasiyasının qarşısında toplaşıb.
hemlemedia.az "Reaksiya TV"yə istinadən bildirir ki, etiraz Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant müsabiqəsinin nəticələri ilə bağlı olub.
"Müharibə Veteranı Qadınlarına Sosial Yardım" QHT-nin sədri Radə Abbas bildirib ki, onlar PA-nın qarşısına pula görə gəlməyiblər:
"15 min manatlıq kiçik bir qrant layihəsi vermişik. İndi hardansa ağıllı adamlar çıxıb deyir ki, layihələr bəsitdir. Siz Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi olaraq hansı çox dəyərli layihəni ortaya qoydunuz, hansı yenilik yaratdınız? Bəlkə biri harasa gəzməyə gedir, bəlkə hansısa tədbir keçirir, onu dövlətin ayırdığı pulla eləsin, mənim layihəmin puluna heç kim toxuna bilməz. Məsələ pulda deyil. Məsələ QHT-lərə olunan hörmətsizliklərdən gedir. Dövlətin pulu konkret olaraq havaya gedir. Dövlətlə mənim arama inciklik salmaq istəyən insanların məqsədi nədir?"
Etiraz edənlərin arasında Şuşada keçirilən aksiyalarda iştirak edənlər də var. Onlar da qrantlarının kəsildiyini bildirirlər.

Digər xəbərlər
19:47 Sabahın havası ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
19:43 Milli Məclis önündə insident: İdmançı "Lexus"la qadın sürücünün qarşısını kəsdi
19:33 Pensiyalar ilə bağlı vacib MƏLUMAT
16:38 Evdə "Wi-Fi" istifadə edənlərin NƏZƏRİNƏ
16:33 KİV: Rusiya yaxın zamanlarda Kiyevdəki hökumət binalarını vura bilər
16:29 Rusiyanın uyğunsuzluq aşkarladığı sosiskalar Azərbaycana idxal olunub? - Rəsmi açıqlama
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı