hemle

QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2021-ci il kiçik qrantlar müsabiqəsi elan edəcək

Tarix:8-09-2021, 21:18
Baxış Sayı:305

hemlemedia.az saytının verdiyi məlumata görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən APA-ya verilən məlumata görə, iclasda qurumun Nizamnaməsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla Agentliyin strukturu, işçilərinin say həddi və onların əməkhaqlarının məbləği təsdiq edilib.


Daha sonra Müşahidə Şurası tərəfindən yaradılmış İşə Qəbul Komissiyasının fəaliyyəti və müvafiq vəzifələrə işə qəbul qaydaları müzakirə edilib. Komissiyaya qısa müddət ərzində əməkdaşların işə qəbul edilməsi ilə bağlı müsahibələrin keçirilməsi tapşırılıb.

İclasda Agentliyin 2021-ci il üçün kiçik qrantlar müsabiqəsinin elan edilməsi ilə bağlı məsələ müzakirəyə çıxarılıb. Müşahidə Şurasının üzvlərinin təklifi ilə kiçik qrant müsabiqəsinin hazırlanması, habelə müsabiqə mövzularının müəyyənləşdirilməsi və digər texniki məsələlərlə bağlı işçi qrup yaradılıb.

Sonda QHT-lərin iştirakı ilə 2021-ci il kiçik qrantlar müsabiqəsinin mövzularının müzakirəsinin təşkil olunması qərara alınıb.
ATESH,AZ

Digər xəbərlər
19:47 Sabahın havası ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
19:43 Milli Məclis önündə insident: İdmançı "Lexus"la qadın sürücünün qarşısını kəsdi
19:33 Pensiyalar ilə bağlı vacib MƏLUMAT
16:38 Evdə "Wi-Fi" istifadə edənlərin NƏZƏRİNƏ
16:33 KİV: Rusiya yaxın zamanlarda Kiyevdəki hökumət binalarını vura bilər
16:29 Rusiyanın uyğunsuzluq aşkarladığı sosiskalar Azərbaycana idxal olunub? - Rəsmi açıqlama
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı