hemle

İlham Əliyev Monteneqronun prezidentini təbrik edib

Tarix:13-07-2024, 13:30
Baxış Sayı:654

İlham Əliyev Monteneqronun prezidentini təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monteneqronun Prezidenti Yakov Milatoviçə təbrik məktubu göndərib.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Məktubun mətnində deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan-Monteneqro dostluq və əməkdaşlıq münasibətləri xoş ənənələrə malikdir. Dövlətlərarası əlaqələrimizin inkişaf dinamikası, müxtəlif sahələrdə əməkdaşlığımızın genişlənməsi məmnunluq doğurur.

Əminəm ki, ölkələrimiz arasında münasibətləri möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monteneqro xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

Digər xəbərlər
22:41 Telefonla ödəniş edənlərin DİQQƏTİNƏ: NFC ilə pullarınızı belə oğurlayırlar
22:36 DİN-dən avtobus zolağına daxil olan sürücülərə xəbərdarlıq
22:13 İstanbuldakı zəlzələyə görə məktəblərdə 2 günlük tətil elan edildi
22:07 Afterşoklar davam edir: İstanbulda gecəni harada keçirmək olar?
22:05 İstanbulda güclü zəlzələ: xəsarət alanların sayı artdı - YENİLƏNDİ
12:47 Pensiya təyin edilməyibsə, hara müraciət edilməlidir? – CAVAB
12:43 Londondakı mühüm görüş dalana dirəndi: Zelenskinin bu açıqlamasına görə
12:39 Xəzər 2050-ci ilədək kritik səviyyəyə düşə bilər