Prezident İlham Əliyev İrfan Şakir oğlu Davudovun Azərbaycan Respublikasının Tailand Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Sərəncam imzalayıb.
Bununla bağlı President.az məlumat yayıb.
Dövlət başçısının digər sərəncamı ilə, Elçin Raqub oğlu Bəşirov Azərbaycan Respublikasının Tailand Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.