hemle

Mikayıl Cabbarov: "Azərbaycan hazırda yaşıl enerji sahəsində regionun liderinə çevrilir"

Tarix:27-06-2024, 16:30
Baxış Sayı:531

Mikayıl Cabbarov: "Azərbaycan hazırda yaşıl enerji sahəsində regionun liderinə çevrilir"
"Azərbaycan startaplar üçün hab rolunu oynaya bilər. Biz çox cazibəli investisiya layihələri təqdim edə bilərik".

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Baku ID" innovasiya festivalında çıxışı zamanı deyib. O bildirib ki, bunun üçün daha çox investisiya və ideyalar cəlb etməliyik:

"Azərbaycan hazırda yaşıl enerji sahəsində regionun liderinə çevrilir. Bu, işğaldan azad olunmuş ərazilərimizdə yeni kontekstdə fəaliyyət qurulması ilə bağlıdır. İlk dəfədir ki, Cənubi Qafqaz ölkələrinin əməkdaşlıq edə biləcəyini düşünürəm və COP29 prosesi göstərdi ki, biz birlikdə işləməyə qadirik. Düşünürəm ki, Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya arasında təbii körpüdür, məncə, bu auditoriyada bunu izah etməyə ehtiyac yoxdur".

Nazir əlavə edib ki, hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində də yaşıl enerji sahəsində bir sıra böyük layihələr həyata keçirilir:

"Hazırda Xəzər dənizinin problemlərinin həlli istiqamətində bir sıra işlər görülür. Bunlar hamısı ölkəmizin yaşıl enerjiyə keçidini sürətləndirir".

Digər xəbərlər
22:41 Telefonla ödəniş edənlərin DİQQƏTİNƏ: NFC ilə pullarınızı belə oğurlayırlar
22:36 DİN-dən avtobus zolağına daxil olan sürücülərə xəbərdarlıq
22:13 İstanbuldakı zəlzələyə görə məktəblərdə 2 günlük tətil elan edildi
22:07 Afterşoklar davam edir: İstanbulda gecəni harada keçirmək olar?
22:05 İstanbulda güclü zəlzələ: xəsarət alanların sayı artdı - YENİLƏNDİ
12:47 Pensiya təyin edilməyibsə, hara müraciət edilməlidir? – CAVAB
12:43 Londondakı mühüm görüş dalana dirəndi: Zelenskinin bu açıqlamasına görə
12:39 Xəzər 2050-ci ilədək kritik səviyyəyə düşə bilər