hemle

Azərbaycan və Qazaxıstan arasında hərbi sahədə əməkdaşlığa dair sənəd imzalanıb

Tarix:7-06-2024, 17:30
Baxış Sayı:658

Azərbaycan və Qazaxıstan arasında hərbi sahədə əməkdaşlığa dair sənəd imzalanıb
Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 7-də Azərbaycana rəsmi səfər edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qazaxıstan nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək gül dəstələri düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

Sonra Müdafiə Nazirliyində təşkil edilən təntənəli qarşılama mərasimində hər iki ölkənin müdafiə naziri Fəxri qarovulun önündən keçib. Nümunəvi Hərbi Orkestrin ifasında Azərbaycan və Qazaxıstan respublikalarının Dövlət himnləri səsləndirilib. Protokola əsasən, general-polkovnik R.Jaksılıkov "Şərəf kitabı"nı imzalayıb.

General-polkovnik Z.Həsənov qazaxıstanlı həmkarını ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycanla Qazaxıstan arasında ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edən nazir hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini xüsusi vurğulayıb.

Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən general-polkovnik R.Jaksılıkov səmimi qəbula görə azərbaycanlı həmkarına öz minnətdarlığını bildirib. Bu cür səfərlərin xüsusi əhəmiyyətə malik olduğunu və müdafiə sahəsində əməkdaşlığın hər iki ordunun daha da güclənməsinə xidmət etdiyini qeyd edən nazir general-polkovnik Z.Həsənovu cari ilin iyul ayında Aktau şəhərində keçiriləcək "Birləşdik - 2024" əməliyyat-taktiki komanda-qərargah təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"nə dəvət edib.

Görüşdə hər iki ölkənin hərbi qulluqçularının peşəkarlıq səviyyələrinin daha da yüksəldilməsi məqsədilə birgə təlimlərin keçirilməsinin vacibliyi xüsusi qeyd olunub.

Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Alim Bayelin də iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlığa dair sənəd imzalanıb.

Digər xəbərlər
10:22 Köklük, piylənmə 13 növ xərçəng riskini artırır - Siyahı
10:21 Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
10:18 Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
10:17 Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
10:15 Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
10:13 Leysan, külək, qar - Bu günün HAVASI
10:12 Tənhalıq ciddi fəsadlara yol açırmış...
10:11 Məktəblərdə payız tətilindən sonra dərslər başladı