hemle

Volodin Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Tarix:26-09-2022, 14:10
Baxış Sayı:171

Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodinin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 26-da Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər qoyulub.

Nümayəndə heyətinin üzvləri, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Sonda Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Digər xəbərlər
22:13 Lisey qəbulunda dəyişiklik: aylarla hazırlaşan uşaqlar və xərc çəkən valideynlər nə etsin?
21:31 Rusiya Ukrayna ilə danışıqların yeni mərhələsinə hazırlaşır
21:25 Kremldən Trampın tənqidlərinə cavab: Onları qurban vermək olmaz
21:19 Liderlər Laçında seyrəngahda oldular
14:47 Biz ortaq idealları paylaşan üç qardaş ölkəyik - Ərdoğan
14:44 İlham Əliyev birgə hərbi təlimlərdən danışdı
14:42 Prezidentlər Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanış oldular - Yeniləndi
14:39 Ərdoğan: Can Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edirəm