hemle

Türk Şurası rəsmiləri Fəxri və Şəhidlər Xiyabanını ziyarət ediblər

Tarix:11-04-2021, 16:34
Baxış Sayı:285

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısının iştirakçıları aprelin 10-da Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Şəhidlər xiyabanına gələn tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri, «Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Daha sonra toplantı iştirakçıları Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış «Türk Şəhidliyi” abidəsi önünə gül dəstələri qoyublar.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən tədbir iştirakçılarına Şəhidlər Xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
ATESH,AZ

Digər xəbərlər
21:56 Ermənistanın hərbi təcavüzü məhkəmədə - Tərtər döyüşlərinin şahidi danışdı
21:51 Hansı torpaqlar vətəndaşdan geri alına bilər? - AÇIQLAMA
21:49 Azərbaycanda ötən illə müqayisədə qohum evliliklərinin sayı necə dəyişib?
21:45 Elgün İbrahimovun ölümündə maraqlı məqam
19:21 "Azəriqaz” İB-də 28 May - Müstəqillik Gününə həsr olunmuş şahmat yarışı keçirilib
18:42 Azərbaycanın müstəqilliyinin 107 illiyi münasibəti ilə Türkdilli Dövlətlərin siyasətinə dəstək fondu kitab sərgisi keçirdi
10:52 Yaxın 5 il ərzində baş verəcək - Dünyanı görün hansı təhlükə gözləyir
10:48 Nazirlik valideynlərin narazılığına səbəb olan qərarı ləğv etdi