hemle

Astara rayonunun daha bir kəndinin qazlaşdırılması işləri yekunlaşıb

Tarix:4-06-2024, 13:28
Baxış Sayı:881

Astara rayonunun daha bir kəndinin qazlaşdırılması işləri yekunlaşıb
Astara rayonunun Səlivə kəndinin qazlaşdırılması prosesi başa çatıb. Bu məqsədlə Astara RİH-nin başçısı, SOCAR-ın “Azəriqaz” İB-nin rəsmiləri kənd sakinləri ilə görüş keçiriblər. Tədbirdə bütün bölgələrdə qazlaşdırma işlərinin diqqət mərkəzində olduğu və dövlət proqramı çərçivəsində işlərin davamlı şəkildə həyata keçirildiyi diqqətə çatdırılıb. Birliyin Lənkəran RQİİ-nin rəisi görülən işlərin davamı olaraq ötən il rayonun Deqadi kəndi və Astara şəhərinin Nuru Paşa küçəsinin genişlənməsi nəticəsində yaranmış yeni massivin təbii qazla təmin edildiyini bildirib. Səlivə kəndinin qazlaşdırılması məqsədilə ümumilikdə 15300 m müxtəlif diametrli qaz xətləri çəkilib ki, bunun nəticəsi kimi kənddə 86 fərdi evdə məskunlaşmış 500-ə yaxın sakinin qaz təchizatı şəbəkəsinə əlçatanlığı təmin edilməsi ilə bağlı məlumat verilib. Kənd sakinləri görülən işlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Qeyd edək ki, hal-hazırda rayonun Vənəşikəş və Taxtanəkəran kəndlərində tikinti quraşdırma işləri davam edir.

Ətraflı video materialda: [media=]

Digər xəbərlər
10:16 Ürək sağlamlığı üçün gündə nə qədər yağ istehlak etməli?
10:05 Rusiya Kiyevə zərbə endirdi - Ölənlər və yaralılar var
09:57 Putin Bəşər Əsədlə bağlı qərar verdi: Suriyaya təhvil veriləcək?
09:48 Ermənistanın yaydığı bu məlumat yalandır!
22:41 Telefonla ödəniş edənlərin DİQQƏTİNƏ: NFC ilə pullarınızı belə oğurlayırlar
22:36 DİN-dən avtobus zolağına daxil olan sürücülərə xəbərdarlıq
22:13 İstanbuldakı zəlzələyə görə məktəblərdə 2 günlük tətil elan edildi
22:07 Afterşoklar davam edir: İstanbulda gecəni harada keçirmək olar?