Çağdaş tariximizdə Azərbaycan xalqının qarşılaşdığı ən gözəl və parlaq tarixi həqiqət 30 ilə yaxın bir dövrü əhatə edən xalqımızın
qəlbində hec vaxt qaysaq bağlamayan bir yaraya - işğal faktına son qoyan bir Zəfərə atılan imza oldu. Qalib Ordumuzun sentyabrın 27-dən başlayan əks-hücumları cəmi 44 gündən sonra təcavüzkarın hərbi-siyasi məğlubiyyətini gercəkləşdirdi. 10 noyabr tarixli Rusiya-Azərbaycan-Ermənistan bəyanatı düşmənin məğlubiyyətini bütün dünyaya rəsmi şəkildə bəyan etdi. Müzəffər Ordumuzun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı, əzəli və əbədi Azərbaycan torpağı olan Şuşanın
işğaldan azad edilməsi, Böyük Qələbənin qazanılması Azərbaycan xalqının ən mötəbər tarixi qələbəsidir. Böyük Qarabağ müharibəsinin mücahidlərindən biri də Kazımov Elnur Vahid oğludur. Kazımov Elnur Vahid oğlu 1975-ci il iyulun 22-də Marsan kəndində anadan olub. 1992-ci ildə Turaclı kənd orta məktəbini bitirdikdən sonra bir müddət Marsan kəndində Səməd Vurğun adına sovxozda fəhlə işləmişdir. 1993-cü il iyulunda Milli Ordu sıralarına çağrılan Elnur ailənin tək oğlu kimi, hərbi-təlim müddətində aşpazlıq kursunda oxumuş, sonra Beyləqana göndərilmişdir. Buradakı şirə zavodunda hərbi sursat saxlanılırdı. Sursatın qorunması və daşınmasına cavabdeh olan əsgərlərə xörək bişirmək Elnura tapşırılmışdı. 1994-cü ilin yanvarında zavodda müəmmalı partlayış baş vermiş, xeyli tələfat olmuşdur. Həlak olanlar arasında Elnur da var idi. Elnur Kazımov Marsan kəndində dəfn edilmişdir. Ruhun şad olsun!
Hülya