hemle

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstana səfər edib

Tarix:18-04-2024, 21:00
Baxış Sayı:843

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstana səfər edib

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Gürcüstanda səfərdədir.

Bu barədə Gürcüstanın barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Tea Axvledianinin Ofisi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Tea Axvlediani və Lui Bono arasında görüş baş tutub.
“Dövlət naziri ABŞ-nin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyinə görə xarici diplomata təşəkkür edib və Gürcüstandakı münaqişənin sülh yolu ilə həlli prosesində ABŞ-nin rolunu vurğulayıb. Tərəflər Cenevrədə beynəlxalq danışıqların vacibliyini və gündəliyə daxil edilmiş məsələlər üzrə irəliləyişə nail olunmasının vacibliyinə diqqət çəkiblər”, - məlumatda qeyd edilib.

Həmçinin Dövlət Departamentinin nümayəndəsinin bir daha ABŞ-nin Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə, eləcə də Gürcüstan hökumətinin sülh siyasətinə sarsılmaz dəstəyini təsdiqlədiyi diqqətə çatdırılıb.

Digər xəbərlər
22:41 Telefonla ödəniş edənlərin DİQQƏTİNƏ: NFC ilə pullarınızı belə oğurlayırlar
22:36 DİN-dən avtobus zolağına daxil olan sürücülərə xəbərdarlıq
22:13 İstanbuldakı zəlzələyə görə məktəblərdə 2 günlük tətil elan edildi
22:07 Afterşoklar davam edir: İstanbulda gecəni harada keçirmək olar?
22:05 İstanbulda güclü zəlzələ: xəsarət alanların sayı artdı - YENİLƏNDİ
12:47 Pensiya təyin edilməyibsə, hara müraciət edilməlidir? – CAVAB
12:43 Londondakı mühüm görüş dalana dirəndi: Zelenskinin bu açıqlamasına görə
12:39 Xəzər 2050-ci ilədək kritik səviyyəyə düşə bilər