hemle

Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar

Tarix:30-03-2024, 17:00
Baxış Sayı:471

Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar

Jurnalistlər Moskva vilayətində “Crocus City Hall”dakı terror aktının sponsorluq etdiyi ehtimal olunan kriptopulqabı aşkar ediblər. Qeyd olunub ki, pulqabı ilə əlaqəli telefon nömrəsi “Xorasanın səsi” “Telegram” kanallarından birində (İŞİD-in Əfqanıstan qanadı) tapılıb.

“Terror aktı baş verən gün “Xorasanın səsi” ilə əlaqəli teleqram kanalında nömrəsi dərc edilmiş kriptopulqabıdan terrorçulara vəd edilənin təxminən yarısına bərabər məbləğ köçürülüb”, - deyə mənbədən qeyd edilib.

Bildirilib ki, bu kanaldan “Crocus” konsert zalında terror aktını törədənləri öz sıralarına cəlb etmək üçün istifadə olunub.

Pulqabı “Tronscan” platformasında yerləşdirilib və bu il martın 13-də aktivləşdirilib.

“Xorasanın səsi” “Telegram” kanalının administratoru - “Mavlavi_56” ləqəbli biri üç dəfə paylaşım edərək uşaqlara və əsir ailələrə kömək üçün vəsait toplamaq barədə post paylaşıb. Bu yazılarda kriptopulqabının ünvanı olub.

“Crocus”da terror baş verən gün ona 1000 dollara qədər külli miqdarda pullar gəlməyə başlayıb. Ümumilikdə dörd köçürmə edilib və pulqabından demək olar ki, dərhal naməlum ehtiyaclar üçün pul çıxarılıb.

Terror aktını törədənlərdən biri Faridun Şamsiddin həbs olunduqdan sonra məlumat verib ki, qruplaşmaya terror aktına görə yarım milyon rubl (9,2 min manat) ödəyəcəyi vəd edilib.

Məbləğin təxminən yarısı karta köçürülüb. Terror aktından sonra kriptopulqabı vasitəsilə əməliyyatların artıq baş tutmadığı vurğulanıb.

Xatırladaq ki, Krasnoqorsk şəhərində “Crocus City Hall” konsert zalında terror aktı martın 22-də təşkil edilib. Rəsmi məlumatlara görə, hücuma görə azı 144 nəfər ölüb. İstintaq davam edir.

Mənbə: RIA Novosti

Digər xəbərlər
22:41 Telefonla ödəniş edənlərin DİQQƏTİNƏ: NFC ilə pullarınızı belə oğurlayırlar
22:36 DİN-dən avtobus zolağına daxil olan sürücülərə xəbərdarlıq
22:13 İstanbuldakı zəlzələyə görə məktəblərdə 2 günlük tətil elan edildi
22:07 Afterşoklar davam edir: İstanbulda gecəni harada keçirmək olar?
22:05 İstanbulda güclü zəlzələ: xəsarət alanların sayı artdı - YENİLƏNDİ
12:47 Pensiya təyin edilməyibsə, hara müraciət edilməlidir? – CAVAB
12:43 Londondakı mühüm görüş dalana dirəndi: Zelenskinin bu açıqlamasına görə
12:39 Xəzər 2050-ci ilədək kritik səviyyəyə düşə bilər