hemle

“Torpağımı qanunsuz yolla əlimdən alan icra başçısı məni ölümlə hədələdi” – ŞƏMKİRLİ İŞ ADAMI

Tarix:14-05-2020, 11:40
Baxış Sayı:472

“4 ildir Şəmkir rayonu Dəllər-Daşbulaq kənd bələdiyyəsindən 50 illik icarəyə götürdüyüm torpağı əkib-beçərə bilmirəm. Rusiyada qazandığım pullarımı xərcləyib yararlı hala gətirdiyim bu sahəni bütün meliorasiya işləri bitəndən sonra zorla əlimdən almaq istəyirlər”.

Ovqat.com-a bu barədə məlumatı kənd sakini, sahibkar Səbahəddin Məmmədov bildirib

Onun sözlərinə görə, 2003-cı ildə bələdiyyədən 12 hektar ərazini 50 illik icarəyə götürüb. Qarabağ veteranı olan qardaşının 100 illiyə icarəyə götürdüyü 10 hektar sahəni də qarşılıqlı razılaşma əsasında birləşdirib böyük təsərrüfat qurmaq istəyiblər.

Məmmədov qardaşlarının icarəyə götürdükləri yer əkinə tam yararsız olub. İş adamı cibindən 300 min dollar xərc çəkərək, ərazidə lazımi meliorasiya tədbirləri aparıb. Torpağı üzvi və qeyri-üzvi gübrələrlə münbitləşdirib. Artezian quyuları qazdırıb və torpağı yerin təkindən çıxardığı suyla becərib. Və bütün bunları dövlətdən heç bir kredit almadan həyata keçirib. Ölkədə quraqlıq olan dövrlərdə artezian quyusundan çəkdiyi suyun hesabına əkin yerini becərib və yüksək məhsuldarlıq alıb.limpaşa Məmmədovun 2014-cü ildə Şəmkirə icra başçısı təyin olunması ilə Səbahəddin Məmmədovun min bir zəhmət hesabına ərsəyə gətirdiyi təsərrüfatının da qara günləri başlayıb. İş adamının dediyinə görə, əkinə yararlı hala gətirdiyi torpaq sahəsi Şəmkir rayon icra hakimiyyətinin məsul şəxslərinin diqqətini və tamahını cəlb edib. Nəhayət, bir gün rayon icra başçısının müavini Rasim Mustafayev iş adamıyla sövdələşməyə gəlib. Ondan icarəyə götürdüyü torpağın 3 hektarını peşkəs istəyib. Rəsmən ona deyib ki, bu ərazi yaşayış yerinə yaxın olduğundan sotunu 1000-1300 manata satmaq niyyətindədirlər. Ya o 3 hektar ərazidən könüllü imtina etməli, ya da da zəhmət çəkib xərcini özü ödəməlidir. Əks halda Dəllər-Daşbulaq kənd bələdiyyəsi 2003-cü ildə imzaladığı icarə müqaviləsində səhvə yol verdiyini təsbit edib məsələyə yenidən baxa bilər.

Sözsüz ki, icra başçısının müavininin “səmərəli” təklifiylə razılaşmayan Səbahəddin Məmmədovun bu “üzəağlığından” sonra başına gəlməyən qalmayıb. Bələdiyyə həqiqətən də 14 il əvvəl verdiyi icra müqaviləsindəki “səhvini” görüb və bu barədə imzladığı bütün sənədləri ləğv edib. İş adamı bələdiyyənin qanunsuz qərarından Şəmkir rayon Məhkəməsinə şikayət edib. Sənədləri o qədər “daşdankeçən” olub ki, Alimpaşa Məmmədovun bir sözünün iki olmadığı rayon məhkəməsi belə, sahibkarın əleyhinə qərar çıxara bilməyib. Rayon icra hakimiyyəti məhkəmənin sahibkarın xeyrinə verdiyi qərardan Gəncədəki Apellyasiya Məhkəməsinə müraciət edib. Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb və sahibkarın işinə mane olduğu üçün kənd bələdiyyəsini 26 min 500 manat cərimələyib.İş adamı hara müraciət etsə də, məhkəmə qərarının icrasına müvəffəq ola bilməyib. O, hətta bu barədə I vitse-prezident Mehriban Əliyevaya da şikayət məktubları göndərib. Nəhayət, xanıma yazıdığı şikayət məktublarını paytaxtda oxuyan tapılıb. Bakıdan Şəmkirə mesaj göndərilib ki, şikayətçinin bütün haqlı tələbləri yerinə yetirilsin.

Şəmkir icra başçısı bundan sonra şikayətçini qəbul edib. Uzun söhbətdən sonra ona Azərbaycan dövləti adından çıxarılan məhkəmə qərarlarının Şəmkirdə keçmədiyini bildirib: “Alimpaşa Məmmədov dedi ki, bu rayonu mənə tapşırıblar. Mən necə istəsəm, o cür də olacaq”.

Digər xəbərlər
14:15 Ermənistanın Bərdəyə raket hücumu - "Maşının içinə baxanda gördüm ki, atam yanıb həlak olub"
14:12 "Kartdan karta" görə rəsmi XƏBƏRDARLIQ - 6000 manat cərimə
14:08 Yaxın Şərqdə ABŞ-Çin müharibəsi: İsrail və İran məcburi masaya oturdulacaq
14:06 "WhatsApp"a yeni funksiya gəldi: Artıq telefona ehtiyacınız yoxdur
13:54 Hindistandan Ermənistana göndərilən silah-sursat - “The Times of India” detalları açıqladı
09:05 Vətən müharibəsinin 32-ci günü: Zəngilan, Cəbrayıl və Qubadlının bir neçə kəndi işğaldan azad edilir
09:01 Dünya səyyahlarının Xudafərin körpüsünə səfəri başladı
08:36 Ermənistan hərbi cinayətkarları ədalət məhkəməsinə verməlidir - Hikmət Hacıyev