hemle

Hacıqabul Sənaye Məhəlləsinin ərazisi genişləndiriləcək

Tarix:13-05-2020, 18:15
Baxış Sayı:525

Prezident İlham Əliyev mayın 13-də "Hacıqabul Sənaye Məhəlləsinin ərazisinin genişləndirilməsi haqqında” Sərəncam imzalayıb.

Adalet.az xəbər verir ki, Sərəncama əsasən, Nazirlər Kabinetinə Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyətinin genişləndirilməsi üçün Hacıqabul rayonu ərazisində 40 hektar torpaq sahəsinin məqsədli təyinatının dəyişdirilərək, sənaye təyinatlı torpaqlar kateqoriyasına keçirilməsini iki ay müddətində təmin etmək tapşırılıb. Həmçinin nəzərdə tutulmuş torpaq sahəsi icarəyə vermək hüququ ilə "Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin daimi istifadəsinə verilməlidir.

İqtisadiyyat Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Hacıqabul Rayon İcra Hakimiyyəti isə nəzərdə tutulmuş torpaq sahəsinin məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı bir ay müddətində Nazirlər Kabineti qarşısında vəsatət qaldırmalıdır.

Digər xəbərlər
21:46 Heydər Əliyev Mərkəzinin parkında rəngarəng Uşaq festivalı
21:37 Ayaq baş barmağınız əyilirsə, diqqətli olun – Mütəxəssis xəbərdarlıq edir
21:34 Kazinoların fəaliyyətindən əldə edilən dividentlər - Milyonlarla turist, büdcəyə ödənilən vergilər...
21:32 Bu sualda səhvlik olub - Abituriyentlərin xeyrinə hesablanacaq
21:28 Diqqətlər İstanbula köklənir - Danışıqlar bu saatda başlayacaq
21:24 Bu tarixdən hava kəskin dəyişir - XƏBƏRDARLIQ
21:19 Ukrayna ölümcül əməliyyata belə hazırlaşıbmış - ŞOK DETALLAR
16:05 1194-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi