hemle

Rəşid Behbudovun Sibirə sürgün edilmiş DAYISI

Tarix:6-03-2024, 11:59
Baxış Sayı:0

Rəşid Behbudovun Sibirə sürgün edilmiş DAYISI

Görkəmli müğənni Rəşid Behbudovun həyatı, ailəsi, yaxınları barədə məlumatlar həmişə ictimai maraq doğurub.

Modern.az saytı Rəşid Behbudovun dayısı Lütfəli bəy Vəkilov barədə məlumatı diqqətə çatdırır. Məlumatı Rəşid Behbudov Fondu təqdim edib.

Bəy nəslindən olan Lütfəli Vəkilov 1890-cı ildə anadan olub. 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yaradılmasında xidmətlər göstərib, kicik zabitlərin yetişdirilməsi ilə məşğul olub.

Bolşeviklər Azərbaycanı işğal etdikdən sonra bu işğala qarşı mübarizə aparmaq məqsədi ilə Azərbaycan Milli Mərkəzi yaradılır. Tarixdə bu Mərkəz "53-lər" adı ilə tanınır. Lütfəli bəy də bu Mərkəzin üzvlərindən biri olur.

1931-ci ildə Lütfəli bəy həbs edilərək Sibirə sürgün edilir. Ona 5 il həbs cəzası kəsmişdilər.

Bəzi məlumatlara görə, Lütfəli bəy Vəkilov 1937-38-ci illərdə yenidən həbs edilərək Bakıda güllələnib.

Digər məlumata görə, o, Sibirdəki həbs müddəti başa çatdıqdan sonra bir müddət Moskvada yaşayıb və orda da müəmmalı şəkildə dünyasını dəyişib...


Qeyd edək ki, Rəşid Behbudovun anası Firuzə xanımın iki qardaşı, bir bacısı olub: Gəray bəy, Lütfəli bəy, Sürəyya xanım.

Onlar Qazaxın Salahlı kəndindən olan rus ordusunun polkovniki Abbasqulu bəy Vəkilovun övladlarıdır.

Rəşid Behbudovun anası Firuzə xanım Vəkilova 1933-cü ildə vəfat edib.


Bu şəkil 1907-1908-ci illərdə Tiflisdə çəkilib. Rəşid Behbudovun anası, dövrünün tanınmış maarifçisi, Tiflis Müsəlman Qadınlar Klubunun sədri, pedaqoq Firuzə xanım Vəkilova və qardaşı Lürfəli bəy Vəkilov.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir