hemle

Bakıya gələn türkiyəli nazir müavini: Samuxlu qaçaq Məhəmmədin nəvəsi - FOTOLAR

Tarix:27-02-2024, 16:48
Baxış Sayı:8

Bakıya gələn türkiyəli nazir müavini: Samuxlu qaçaq Məhəmmədin nəvəsi - FOTOLAR

Xəbər verdiyimiz kimi, Türkiyə milli müdafiə nazirinin müavini Şuay Alpay bu gün Bakıya gəlib. O, Azərbaycan müdafiə naziri Zakir Həsənov, Baş Qərargah rəisinin müavini Kərim Vəliyev və digər rəsmi şəxslərlə görüş keçirib.

Görüş zamanı nazir müavininə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı təqdim edilib. O, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu medala layiq görülüb.

Şuay Alpayın AXC-nin 100 illiyi medalı ilə təltif olunması təsadüfi deyil.

Modern.az bildirir ki, Türkiyə dövlətinin nümayəndəsi kimi tez-tez Azərbaycana gələn Şuay Alpayın babası Məhəmməd Qasım bəy 1918-ci ildə Azərbaycanın müstəqilliyi üçün mübarizə aparıb və Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin üzvlərindən olub. 1920-ci ildə bolşeviklərin işğalı zamanı Gəncənin müdafiəsi Məhəmməd Qasım bəyə tapşırılıb.

O, konfransların birində ana tərəfdən əslinin Gəncəbasar bölgəsinin Samux rayonundan olduğunu bildirib.

Bolşeviklər Azərbaycanı işğal etdikdən sonra o, silahını yerə qoymur və 1932-ci ilədək dağlara çəkilərək bolşeviklərə qarşı mübarizə aparır, xalq arasında qaçaq Məhəmməd Qasım bəy kimi tanınıb. Sonradan isə bu şəxs Türkiyəyə mühacirət edib.

1960-cı ildə Türkiyənin Elazığ şəhərində dünyaya göz açan Ş.Alpay İstanbul Universitetinin hüquq fakültəsinin məzunudur. O, 1986-1991-ci illərdə hakim, 1991-ci ildən isə vəkil kimi fəaliyyət göstərib. 2015-ci ilin dekabrından Ş.Alpay Türkiyə milli müdafiə nazirinin müavini vəzifəsini icra etməkdədir.

Digər xəbərlər
16:26 Qəbul imtahlarına hazırlaşan abituriyentlərə ŞAD XƏBƏR
16:20 Şimşək çaxacaq, dolu düşəcək - Sabahın hava proqnozu
16:16 Daha bir mif dağıdıldı: Xolesterolu azaldan xüsusi pəhriz yoxdur!
16:11 Yer kürəsini maqnit qasırğaları bürüyəcək - İki gün davam edəcək...
09:55 Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
09:52 Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
09:50 Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
09:46 Sağlam uşaq doğan ən uyumlu qan qrupları